X sosial şəbəkəsinin rəhbəri İlon Mask sosial şəbəkələrdə dezinformasiya yaymaqla azadlığın məhdudlaşdırılmasına nail olmağa çalışdığı üçün Açıq Cəmiyyət Fondunun maliyyəçisi, milyarder Corc Sorosu məhkəməyə verəcək.
Elchi.az xəbər verir ki, Mask bu barədə X səhifəsində yazıb.
“Bəli. X bunu dayandırmaq üçün hüquqi addım atacaq. Məhkəmənin başlamasını gözləyə bilmirəm”, – Mask bildirib.
Qeyd edək ki, jurnalist Ben Skallan Soros Fondunun İrlandiya və Şotlandiyada senzuranı təşviq etməsi ilə bağlı məqalə yayımlamışdı.
Bakıda avtomobil körpüdən yola aşıb – FOTO
Bakıda avtomobil körpüdən köməkçi yola aşıb, nəqliyyat sıxlığı yaranıb. Elchi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə...





















Son şərhlər