"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Partiya sədrindən vitse-spikerə etiraz

21 Dekabr 2015 - 08:37
in XƏBƏR LENTİ
FacebookVatsap

fezail

Bunu da oxuyun

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Fəzail Ağamalı: “Arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar”

Parlamentin sonuncu plenar iclasında sədarətlə deputatlar arasında mübahisələr oldu. Müzakirələr zamanı vətəndaşları narahat edən ciddi məsələlərdən biri, Xəzər dənizinin qanunsuz hasarlanması ilə bağlı bəzi deputatların çıxışları sərt iradlarla qarşılandı. Ancaq bu cür kəskin reaksiyanın səbəbi anlaşılan olmadı. Mübahisə tərəflərindən biri olan Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə də bu mövzuda geniş söhbət etdik.

– Fəzail bəy, əvvəlcə istərdim dəqiqləşdirim, qanunvericiliyə edilmiş sonuncu əlavə və dəyişikliklər Xəzər sahillərindəki hasarlara, qanunsuz tikililərə şamil ediləcəkmi, yoxsa qanun bundan sonrakı tikintiləri qadağan edir?

– Bu qanunun geriyə tətbiqi var. Bunu həmkarım Çingiz Qənizadə də hüquqi baxımdan əsaslandırdı və qanunun geriyə tətbiqinin olduğunu dedi. Qanunun iki baxımdan geriyə tətbiqi var: birincisi, həmin hasarlamalar, obyektlər xüsusi mülkiyyət deyil, uzunmüddətli icarədir. Deməli, onun üzərində istənilən fəaliyyətin aparılması, icarə müqaviləsinin ləğvi, yaxud saxlanılması, təbii ki, o torpaq üzərində mülkiyyət hüquqi olan subyekt tərəfindən müəyyənləşir. İkinci tərəfdən isə bəlli olduğu kimi, dövlət əhəmiyyətli, ictimai əhəmiyyətli layihələrin yerinə yetirilməsi zamanı bu cür addımlar atılır. Məsələn, yollar çəkilir. Bildiyiniz kimi, Bakının yolları xeyli genişlənib, müasir yol infrastrukturu yaranıb. Eyni zamanda dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə də ehtiyac durulur ki, bunun üçün də hətta ictimai əhəmiyyət kəsb edən layihələrdə də artıq qanunvericilik də imkan verir ki, həmin mülkiyyət hətta konkret şəxsə məxsusdursa, ora müəyyən qiymətlər qoyulur və həmin layihələr həyata keçirilir. Bu, ictimai mahiyyət daşıyan bir məsələdir. Yəni dənizin kənarında istirahət etmək bütövlükdə ictimai xarakter daşıyır və Azərbaycan vətəndaşının da konstitusiyaya görə istirahət etmək hüququ var. Dənizə yaxın yerlərdə və dəniz sahilində istirahət etmək də hər bir Azərbaycan vətəndaşının konstitusiya ilə müəyyən olunmuş hüququdur. Bu hüququ isə heç bir halda və heç kim məhdudlaşdıra bilməz.

“Dənizlə bağımın arasında təxminən 2 km məsafə var”

– Ancaq məhdudlaşdırırlar, özü də kifayət qədər…

– Bunu əgər məhdudlaşdırırlarsa, deməli, həm də konstitusiyanın, Azərbaycan vətəndaşlarının istirahət hüququnun məhdudlaşdırılması anlamına gəlməlidir.

– Bu məhdudiyyəti yaradan səlahiyyət sahibləri ilə bağlı niyə ölçü götürülmür? Təkcə dəniz sahili də deyil. Məsələn, Cavid Qurbanov dəmir yolu xəttinin ətrafının satılmasından şikayətlənib. Niyə satanlar cəzalandırılmır, amma pulunu verib ərazini alanların adı hallandırılır? 

– Bəli, burada bir qayda olaraq həmin sahəni əhatə edən rayon icra strukturları, yaxud bələdiyyələrə tapşırıqlar verərək arxada qalanlar bu cür torpaq sahələrini vətəndaşlara veriblər. İnsanlar ya dəmir yolu xəttinin kənarında ev, ya dəniz kənarında istirahət mərkəzləri, restoranlar tikiblər və sahibkarlıq fəaliyyəti ilə məşğul olurlar. Bələdiyyələrə qədər, yəni 1999-cu ilə qədər isə bu, rayon və şəhər icra hakimiyyətinin birbaşa sərəncamı ilə reallaşmağa başladı. Ona görə də bəli, Cavid Qurbanovun dediyində çox böyük həqiqət var. Bilmirəm siz fikir vermisinizmi, dəmir yolunun Bakıdan üzü Biləcəriyə doğru aparan hissəsində qatarın vaqonları az qala açılmış pəncərəyə dəyərək keçmək zorunda qalır. Bütün bunlar isə, əlbəttə, vaxtilə yol verilmiş ciddi pozuntulardır.

İndi Cavid Qurbanov dəmir yolunu yeniləşdirməyə çalışır, qalır çətin durumda. Bilmirəm, bu işlərə icazə verən bələdiyyələrin, icra başçılarının üzərinə hansı məsuliyyəti qoymaq, ya cinayət işi açmaq olar, bu, xüsusi hüquqi araşdırma tələb edir. Amma fakt faktlığında qalır ki, bunlar var. Lakin bütün bunların hamısına artıq ümumi yanaşma var. O ümumi yanaşma da ondan ibarətdir ki, vaxtilə kiminsə tamahkarlıqla, yaxud digər məqsədlərlə insanlara verdiyi ərazilər təmizlənməlidir. Dəmir yolunun ətrafı dəmir yoluna qalmalıdır, Xəzər dənizinin də sahili Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir.

– Siz Xəzərboyu tikilmiş obyektlərin sonrakı taleyi barədə nə təklif edirsiniz? Məsələn, Zahid Oruc dedi ki, həmin obyektləri sökməkdənsə, vergi yükünü artırmaq lazımıdır.

– O da bir yanaşmadır. Zahid Oruc demədi ki, o tikililər hamısı qalsın. Mən də o fikirdə deyiləm ki, hamısı sökülsün. Təbii ki, ora əmək sərf ediblər, vəsait qoyublar. O da Azərbaycan vətəndaşıdır, imkanı olubsa, bunu edib. Ona görə də buna aqressiv münasibət bəsləmirəm, anlaşıqlı qəbul edirəm. Əgər qanun çərçivəsində tikilibsə, fəaliyyət göstərə bilər. Lakin onun ərazisi hektarlarla olmalı deyil. Yəni bir insanın bağ evi – lap dənizin kənarında da olsa – qoy olsun 15-20 sot. Bundan artıq o torpağı nə edəcək, orda nə yaradacaq? Orda gözəl istirahət guşəsi yaratmaq, gül-çiçək bəsləmək, dekorativ meyvə ağacları da əkmək olar. Əgər dəniz sahəsində bağların ümumi ərazisi hektarlarla ölçülürsə və hektarlarla ərazi, dəniz sahili hasarlanırsa, artıq bu, yolverilməzdir və xüsusi yanaşma tələb olunur. Ondan başqa dənizin sahilinə aparan yollar da açılmalıdır. Hətta mümkündür ki, Mərdəkan, Buzovna, Bilgəh tərəfdən dəniz sahilinin bəzi yerləri kiminsə tərəfindən zəbt olunmayıb. Ancaq bu ərazilərə də getmək mümkün deyil. Çünki dənizin sahili elə hasarlanıb ki, sadəcə olaraq boş yerlərə gedib pul vermədən çimərlikdə istirahət etmək mümkün deyil. Buna görə də ciddi addımlar atılmalıdır. Özəl çimərliklər ola bilər, buna normal yanaşıram. Kimin imkanı varsa, daha yüksək səviyyəli, komfort şəraiti olan çimərliklərə daxil ola, pul da xərcləyə bilər. Ancaq bununla bərabər, imkanı, maliyyə vəsaiti olmayan insanların da sərbəst şəkildə ailəsi ilə bərabər istirahət etmək imkanlarını təmin etmək lazımdır. Söhbətin əsas mübahisəli tərəfi bundadır.

– Ancaq sizin çıxışınız, hasarlamalara qarşı çıxmağınız sanki sədarət tərəfindən məmnunluqla qarşılanmadı. Səbəb nədir?  

“Ziyafət Əsgərov tək mənə qarşı deyil ki…”

– Təbii qarşılanmadı. Mən belə məsələlərdə mübahisəyə girmək istəmirəm. Amma arzu edirəm ki, yuxarıda, sədarətdə oturanlar millət vəkillərinin fikirlərinə təmkinli və dözümlü yanaşsınlar. Çox  təəssüf edirəm ki, bir sıra hallarda bu təmkinlilik və dözümlülük gözlənilmir. Bu da xoşagəlməz mübahisələrə gətirib çıxarır. Milli Məclisin deputatı cəmiyyətdə aktual olan məsələlər, xalqı narahat edən, dövlətimizə ziyan vura biləcək məqamlara toxunmalıdır. O, bunu etmirsə, artıq heç Milli Məclisdə oturmalı deyil, heç deputat statusunu daşımalı da deyil. Yaxşı, biz nə edək, gələk kiminsə xoşuna gəlmək üçün qanun layihələri barədə bir-iki kəlmə deyək, sonra ona səs verək, bununla da qurtarsın? Bəs, bu diskussiyalar nəyə lazımdır? Nəzərə almaq lazımdır ki, ölkə prezidenti dəfələrlə deyib ki, bütün sahələrdə ictimai nəzarəti gücləndirmək lazımdır.

İctimai nəzarətin həyata keçirilməsində ən mühüm vasitələrdən biri Milli Məclisin deputatlarıdır. Deputatlar onlara daxil olan informasiyalar əsasında son dərəcədə vacib, əlbəttə, bütün xırda məsələləri deyil, ciddi məsələləri ümumiləşdirib parlamentdə qaldırmalıdır. Siz jurnalistlər də Milli Məclisin deputatının sözlərinə əsaslanaraq bunu ictimai rəyə gətirə bilərsiniz. Bundan sonra da cənab prezidentin dediyi kimi, o, özü birbaşa mətbuatla tanış olur və qaldırılan məsələlərin hamısı haqqında onda fikir formalaşır, konkret addımların formalaşmasında isə bu informasiyalar və bu məlumatlar, ictimai nəzarət xətti ilə gündəliyə gətirilən aktual məsələlər ümumiləşdirilir və dərhal addımlar atılır, ona ciddi reaksiyalar verilir. Əlbəttə, kimsə elə düşünürsə ki, özünün aqressiv mövqeyi ilə, mikrofonu söndürməklə mənim gündəliyə gətirmək istədiyim fikirlərin qarşısını alacaq, fikrimcə, o, böyük səhvə yol verir. Çünki mən nə söz deyirəmsə, orada dövlətimizin, xalqımızın maraqları, dövlətimizin imici, xalqımızın mənafeyi var. Ona görə də bu meyarlarla mən hər zaman fikrimi ifadə etmişəm, bundan sonra da fikrimi davam etdirəcəyəm. Yadınıza gəlirsə, Saakaşvili vaxtilə Azərbaycanın Milli Məclisinin tribunasından istifadə edib xoşagəlməz bir situasiya yaratdı.

Mən çıxış etmək istədim, amma çox hörmət etdiyim Ziyafət Əsgərov çıxışa imkan vermədi. Mən mətbuata çıxdım, brifinq keçirtdim, o fikirləri söylədim. Amma yaxşı olmazdımı mən fikirlərimi Milli Məclisdə deyəydim və bu, daha effektli olardı? Millət vəkillərinin alternativ sözündən, fərqli fikirlərindən çəkinmək lazım deyil. Onda onun qarşısını almaq lazımdır ki, o fikirlər Azərbaycan dövlətinin mənafeyinə və maraqlarına ziddir və antikonstitusion çağırışlardır, xalqımızın maraqlarına və hədəflərə uyğun gəlmir. Bəli, onda qəti mövqe nümayiş etdirmək lazımdır. Yoxsa dənizin sahilinin hasarlanmasına qarşı deputatların kəskin fikirlərinin qarşısı alınmalı deyil. Əksinə, imkan verilməliydi ki, fikirlər söylənilsin və fikirlərə uyğun olaraq konkret addımlar atılsın. Əgər razı deyilsə belə, sadəcə olaraq, bir replika verə bilər ki, mən sizin fikirlərinizlə razı deyiləm. Bundan o tərəfə olmalı deyil.

– Ziyafət Əsgərovla mübahisəniz səbəbsiz deyildi. Səbəb nədir? 

– Çox tez-tez belə şey olur. Mən çox təəssüf edirəm. Ancaq Ziyafət Əsgərov tək mənə qarşı deyil ki. Bir sıra hallarda deputatların çıxışlarına yersiz müdaxilələr edir. Əlbəttə, Ziyafət Əsgərovun Milli Məclisin 1-ci vitse-spikeri kimi dövlətimiz qarşısında çox ciddi xidmətləri var. Onun savadına, dövlətimizə sədaqətinə, intellektual səviyyəsinə heç bir şübhə ola bilməz. Ona bir hüquqşünas, bir millət vəkili kimi də böyük hörmətim var. Uzun illərdir bizim aramızda hər hansı problem olmayıb. Lakin mən bunu dostyana demək istərdim ki, belə şeylərə fikri versə, daha yaxşı olar. Bu, mənim sadəcə olaraq Ziyafət müəllimlə bağlı dostscasına fikirlərimdir.

 – Fəzail bəy, sizin dəniz sahilində bağ eviniz varmı?

– Mənim Novxanıda bağım var. Amma dənizlə bağımın arasında təxminən 2 km məsafə var. Ancaq təbii ki, balkonumdan, həyətimdən Xəzəri görürəm, çox böyük məmnuniyyətlə seyr edirəm, sərin dəniz havasını uduram. Lakin dediyim kimi, xeyli uzaqdadır. Hətta mənim dəniz kənarında bağım olsaydı belə, bu cür hasarlamanı heç bir halda aparmazdım.

– Sirr deyilsə, hasarınızın hündürlüyü nə qədərdir? 

– Təbii ki, hasar olmalıdır, çünki bağ evidir, yol kənarında yerləşir, ailə-uşaqla həyətdə oturursan, hasarsız olması da mümkün deyil. Amma mənim hasarımın hündürlüyü hardasa 2 metr 40 sm-dir. Sadəcə çöldən içəri görünmür…

Previous Post

Partiya sədrindən vitse-spikerə etiraz

Next Post

Putin inqilablarla bağlı reseptini açıqladı

Bənzər yazılar

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

Səbuhi Abbasov ATƏT-də Qərbi azərbaycanlıların qayıdış hüququnu gündəmə gətirdi: “Bu, fundamental insan hüququdur” (VİDEO)

14 Oktyabr 2026 - 14:14

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının (ASGA) sədri Səbuhi Abbasov ATƏT-in Varşava İnsan Ölçüsü Konfransında çıxışı zamanı Qərbi azərbaycanlıların hüquqlarına, onların tarixi torpaqlarına...

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

9 ayda 6,3 milyon ton yük: Bakı limanında yükdaşımaların həcmi artır

14 Oktyabr 2026 - 12:32

Cari ilin yanvar-sentyabr aylarında Bakı Limanında yük daşıma göstəricilərində artım qeydə alınıb. “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY)  bildirilib ki, 2026-cı...

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

Media və Yayım Şurası Azərbaycana qarşı İran və Türkiyədən koordinasiyalı informasiya hücumlarını pisləyib

14 Oktyabr 2026 - 10:40

"Son günlər xarici ölkələrdə fəaliyyət göstərən ictimai fəalların, siyasətçilərin, hətta rəsmi şəxslərin Azərbaycana qarşı məqsədyönlü informasiya kampaniyalarında fəal iştirak etməsi...

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56

Ağ Evdə ABŞ Prezidentinin yeni mətbuat katibi Keti Zakariyanın ilk brifinqindən narazı qalıblar və onun tezliklə işdən çıxarıla biləcəyini mümkün...

Next Post

Putin inqilablarla bağlı reseptini açıqladı

"Məncə biz çox təhlükəli dönəmə qədəm qoymuşuq" (VİDEO)

Son xəbərlər

Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

Reuters: Starlink məhdudiyyəti Ukraynanın PUA əməliyyatlarını iflic edir

14 Oktyabr 2026 - 17:57
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 17:51
Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

Bakıda AQEM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin iclası keçirildi

14 Oktyabr 2026 - 17:49
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

14 Oktyabr 2026 - 17:39
Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

Azərbaycan və Qırğızıstan nümayəndə heyətlərinin görüşü keçirildi – VİDEO

14 Oktyabr 2026 - 17:36
Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

Enerji qiymətlərinin baha olması səbəbindən Aİ-ni çox çətin qış gözləyir

14 Oktyabr 2026 - 17:28
Lavrov Bakıya gəldi

Lavrov Bakıya gəldi

14 Oktyabr 2026 - 17:16
Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

Özbəkistanda pedofiliyaya görə ömürlük həbs cəzası tətbiq olunacaq

14 Oktyabr 2026 - 17:09
İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

İstanbul-Bakı aviareysi ilə gələn sərnişində külli miqdarda dərman vasitələri aşkar olunub

14 Oktyabr 2026 - 16:59

Şavkat Mirziyoyev Bakıya yola düşüb

14 Oktyabr 2026 - 16:53
İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

İsraildə “Intel” zavodunda partlayış: 3 nəfər yaralandı

14 Oktyabr 2026 - 16:47
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 16:35
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub

14 Oktyabr 2026 - 16:30
DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

DİM: Dövlət qulluğu imtahanında 171 namizəd müvəffəqiyyət əldə edib

14 Oktyabr 2026 - 16:22
Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Pakistan qadın sahibkarlığı sahəsində əməkdaşlığı genişləndirir

14 Oktyabr 2026 - 16:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.