"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Parlamentdə anti-Rusiya bəyanatları

30 Noyabr 2016 - 10:46
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

 Parlamentdə anti-Rusiya bəyanatlarıDeputatlar baş prokuror Zakir Qaralovun təhqir və böhtana qaşı cəzaların sərtləşdirilməsi barədə təşəbbüsünü dəstəklədi; müzakirələrdə ölüm cəzasının bərpası da təklif olundu

 
Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin noyabrın 29-da keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı deputatlar əsasən Rusiya-Ermənistan hərbi əməkdaşlığından danışdılar və Kremlin bu siyasətinə etiraz etdilər. 
Deputat Qüdrət Həsənquliyev Ermənistan prezidenti Serj Sərkisyanın Respublika Partiyasının 16-cı qurultayındakı çıxışı zamanı Bakını tutmaqla bağlı hədəsinə diqqət çəkdi:  “Ermənistan prezidenti Azərbaycanı hədələyib və deyib ki, hətta Bakını işğal edə bilər. Aprel döyüşlərində siçan kimi girməyə deşik axtaran Sərkisyan indi Moskvada özünə deşik tapıb, arxasında ”İsgəndər” raketlərini hiss edir və bizi hədələyir”.
Q.Həsənquliyv bildirdi ki, Ermənistanın arxasında Rusiya dayanır: “Biz Qarabağ problemini ona görə çözə bilmirik ki, onu Moskva müdafiə edir. Bu, Azərbaycanla indiki münasibətlərin səviyyəsinə uyğun gəlmir. Mən həmişə Rusiya ilə münasibətlərin normallaşmasının tərəfdarı olmuşam. Amma nə belə vasitəçi, nə də strateji tərəfdaş olmaz. Rusiyaya Milli Məclis olaraq müraciət etməliyik ki, sən bizdən nə istəyirsən? Əgər Rusiya Ermənistana dəstək verəcəksə, biz Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq. Azərbaycanda 90 min şagird rusca təhsil alır. Ancaq Rusiya işğalçını müdafiə edir. Rusiya ya vasitəçi kimi bitərəf mövqeyini saxlamalıdır, ya da Rusiya ilə münasibətlərə yenidən baxmalıyıq”.
Deputat Fərəc Quliyev Rusiya-Ermənistan hərbi birləşməsinin Naxçıvanla Qarabağ arasında yerləşdirilməsi barədə razılığı xatırladaraq “Ermənistanın istənilən formada bu ordudan istifadə etmək imkanları var, bunu nəzərə almalıyıq”-deyə, əlavə etdi. O, Qars müqaviləsini xatırladaraq dedi ki, Türkiyə hərbi bazasının Naxçıvanda yerləşdirilməsi ilə bağlı işlər aparılmalıdır.
Image result for Milli Məclis
Deputat Asim Mollazadə parlamentdə soyqırımla bağlı aparılan müzakirələri və təklif edilən qanun layihəsini dəstəklədiyini bildirdi. Daha sonra o, Rusiya-Ermənistan hərbi əməkdaşlığından bəhs etdi: “Açıq görünür ki, Ermənistan Rusiyanın hərbi əyalətidir. Biz artıq danışıqları Ermənistanın sahibləri ilə aparmalıyıq. Minsk Qrupu Azərbaycanla Rusiya arasında vasitəçilik etməlidir. Azərbaycanla Rusiya arasında sazişə əsasən Rusiya ərazisində yaşayan 366-cı alayın nümayəndələri, uşaq qatilləri cəzalandırılmaq üçün Azərbaycana təhvil verilməlidir. Rusiya bu sazişlə bağlı addımlar atmasa, biz bu sazişin tam pozulduğunu bəyan etməliyik”. A.Mollazadə onu da dedi ki, Azərbaycanda Xocalı ilə bağlı qurulan məhkəmədə xarici ekspertlər iştirak etməlidir.
Deputat Qənirə Paşayeva Şəhidlər Xiyabanında Xocalı soyqırımı ilə bağlı abidə qoyulmasını və işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif etdi. Xanım deputat Şəhidlər Xiyabanında da Xocalıya aid monument, abidə və məlumat lövhəsinin  qoyulmasını zəruri saydı: “Ölkəmizə gələn bütün xarici qonaqlar protokola uyğun olaraq mütləq Şəhidlər Xiyabanını ziyarət edir. Eyni zamanda ölkəmizə gələn turistlər arasında da Şəhidlər Xiyabanını ziyarət edənlər az deyil. Beləliklə, Şəhidlər Xiyabanında Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə və ya monument qoyularsa, lövhədə xarici dillərdə məlumat yerləşdirilərsə, ölkəmizə gələn bütün qonaqlar protokol qaydasında Şəhidlər Xiyabanını ziyarət edən zaman Xocalı Soyqırımı qurbanlarının xatirə abidəsini də ziyarət etmiş olacaq və bu barədə daha da geniş məlumatlar almış olacaqlar”.
Milli Məclis “Tütün və tütün məmulatı haqqında” Qanuna da müvafiq dəyişikliklər etdi. Komitə sədri Eldar İbrahimov bildirdi ki, dəyişikliyə əsasən tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır. Belə ki, “Tütün və tütün məmulatı haqqında” Qanuna dəyişikliyə əsasən tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.
Həmçinin tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir. Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər “Reklam haqqında” Qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.
Bundan əlavə, dəyişikliyə əsasən ictimai yerlərdə və müəssisələrdə siqaret çəkənlər yüksək məbləğdə cərimələnəcəklər. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik nəzərdə tutulub. Qanunu pozan vəzifəli şəxs 400 manatdan 1000 manatadək cərimələnəcək. Təyyarədə siqaret çəkənlər 100 manat, qatarda 40 manat, metroda siqaret çəkənlər 50 manat, ictimai nəqliyyatda siqaret çəkənlər isə 40-50 manat cərimə olunacaqlar.
 
Deputat Fazil Mustafa dəyişiklikləri dəstəkləsə də, qaneedici saymadı. Dedi ki, radikal qərarların qəbuluna ehtiyac var: “Biz xəstəxanaların, xüsusilə də ankoloji şöbələrin qarşısında durmuş minlərlə insanı görürük. İctimai yerlərdə siqaret çəkilməsi birmənalı şəkildə qadağan olunmalıdır. Keyfiyyətsiz tütün məhsullarından xəstələnənlərin sayı sürətlə artmaqdadır. Yüksək cərimə təyin edək. Türkiyədə cərimələrdən sonra siqaret çəkənlərin sayı on dəfəyədək azaldı. Xüsusilə də məktəb yaxınlarında tütün məmulatları satan mağazalar var. Lap ora reklam yapışdır ki, siqaret çəkmək olmaz. Onsuz da bunlar var. Amma mağazalar, qəlyan çəkilən yerlər məktəbliləri, azyaşlıları buna bir növ təhrik edir. Ona görə də xanım həmkarlarıma müraciət edirəm ki, onlar bu məsələnin həllində daha fəal olsunlar”.
Vitse-spiker Bahar Muradova deputatın bu fikirlərinə dəstək verdi: “Siqaretdən istifadənin qarşısının alınması həm sağlamlığa, həm də şəxsi büdcəyə faydalı olardı. Ona görə də biz xanım millət vəkilləri bu məsələdə təşəbbüskar olmuşuq və bundan sonra da olmağa hazırıq”.
Deputat Gövhər Baxşəliyeva F.Mustafanın təkliflərini müdafiə etdi: “Cərimələri artırmaqla bu problemin qarşısını almaq mümkünsüzdür. Bununla ictimai yerdə siqaretin çəkilib-çəkilmədiyini sübut etmək mümkün olmayacaq. Burada daha çox maarifləndirməyə üstünlük verilməlidir. Tütün məmulatlarının zərəri barədə maarifləndirmə işi kifayət qədər güclü aparılmır. Necə ki, alkoqollu içkiləri yetkinlik yaşına çatmayanlara satmaq qadağandır. Buraya tütün məhsulları da əlavə olunmalıdır”.
Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul olundu.
“Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə də müzakirələrdən sonra qəbul edildi.
 
Image result for Milli Məclis
 
Deputat Əflatun Amaşov bu sahədə vəziyyətin acınacaqlı olduğunu bildirdi: “Milli Məclisə gələndə yalniz bir yaşayış binasında 10 reklam və mağazaların adı yazılmış lövhələr gördüm. 8-i Azərbaycan dilində deyildi. Qalanlar da bank və apteklə bağlı idi. Biz bu sayaq nümunələri hər gün görürük. Mən əcnəbi sözlərin dilimizə daxil olmasının qəti əleyhdarı deyiləm. Həm də hesab edirəm ki, bu, dilimizin inkişafına müsbət təsir göstərir, onu zənginləşdirir. Ancaq məsələyə həssas yanaşmaq lazımdır. 10 reklamdan 8-i əcnəbi dildədirsə, artıq burada dilin inkişafı məsələsindən söhbət gedə bilməz. Yağış damcısı torpağa hopduğu kimi əcnəbi sözlər də bizim şüurumuza həkk olunur”.
Baş prokuror Zakir Qaralovun parlamentə göndərdiyi qanun layihəsi barədə Dövlət quruculuğu və hüquq komitəsinin sədri Əli Hüseyni məlumat verdi. Baş prokuror tərəfindən Cinayət Məcəlləsinə təklif edilən 148-1 (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ay təhqir etmə) maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə 1000 manatdan 1500 manata qədər cərimə və ya 360 saatdan 480 saata qədər ictimai işlər, yaxud 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Həmçinin yeni maddənin “Qeyd” hissəsində isə göstərilir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Digər layihəyə əsasən KİV-də və internet resurslarında prezidentin şərəf və ləyaqətini təhqiretmə ilə bağlı da cəzalar sərtləşdirilir. Ə.Hüseynli dedi ki, bu qanun bütün vətəndaşlara yönələn təhqir və böhtanın qarşısını almağa xidmət edəcək.
Spiker Oqtay Əsədov dedi ki, o da bu dəyişiklikləri təqdir edir.
Deputat Fazil Mustafa qanun layihəsinin müzakirəyə çıxarılmasını son dərəcə vacib hesab etdiyini bildirdi. Xüsusilə də prezidentin şərəf və ləyaqətinə qarşı yönələn materialların yayıldığını xatırladan deputat bu əməllərə yol verənlərin aşkarlanıb cəzalandırılmasını zəruri saydı.
F.Mustafa dedi ki, əsas hədəf təhqir və böhtan olmalıdır: “Fərqi yoxdur, burada saxta istifadəçi oldu, ya özü oldu”.
Deputat Məlahət İbrahimqızı baş prokurora bu layihəni parlamentə göndərdiyi üçün təşəkkür etdi.
Deputat Elmira Axundova ölkə rəhbərinin ünvanına təhqirlər və əxlaqsız sözlər yazanlara qarşı mübarizənin sərtləşdiriməsini təqdir etdiyini dedi. “Biz bununla KİV-lərə qarşı hər hansı məhdudiyyət qoymuruq”– deyə, o əlavə etdi.  E.Axundova qanunun prezidentlə yanaşı, onun xanımına, həmçinin prezident ailəsinin üzvlərinə də tətbiq edilməsini təklif etdi. Deputat həmçinin ölkədə qəddarlıqla həyata keçirilən cinayətləri xatırladıb ölüm cəzasının bərpasını təklif etdi. Ancaq vitse-spiker Bahar Muradova “mən düşünürəm ki, buna qayıtmağa ehtiyac yoxdur” söylədi.
Deputat Tahir Kərimli qanunun daha da təkmilləşdirilməsini zəruri saydı. 
 
Deputat Əflatun Amaşov baş prokurorun təşəbbüsünü dəstəklədi. 
 
Deputat Fəzail Ağamalı da dəyişiklikləri müdafiə etdi.   
Deputat Aqil Abbas dedi ki, söhbət təkcə prezident və ailəsindən yox, həm də sadə vətəndaşların təhqirə məruz qalmasından gedir: “Ona görə də biz bu qanuna səs verəcəyik. Saxta profillərə qarşı mübarizə aparılmalıdır. Filmdə deyildiyi kimi, əgər kişisənsə, öz imzanla yaz!”
 
“Bu gün Azərbaycan parlamentində söyülən 3 deputat var. Sosial şəbəkələrdə məndən, Fəzail Ağamalıdan və Fazil Mustafadan çox söyülən yoxdur. Mənim atamın goruna 932 nəfər söymüşdü”.
Deputat Aqil Abbas bunu plenar iclasdakı çıxışı zamanı dedi.   A.Abbas bu vəziyyətə seyrçi qalan həmkarlarını da qınayıb: “Mən parlament haqqında nə yazılırsa, ona reaksiya verirəm. Amma çox təəssüf ki, bizim həmkarlarımız deputat həmkarlarına yönələn təhqirlərə reaksiya vermirlər. Biri deyir maaşım çoxdur. Çoxdur, alma da. Mənim dostum Tahir Kərimli deyir maaş alanda utanıram. Utanma, başına dönüm, işləyirsən, maaşını alırsan. Belə vəziyyətlərdə hamınız yaxanızı qırağa çəkirsiniz, 5-6 nəfər cavab vermək məcburiyyətində qalır. Vahid müəllim (Əhmədov-red.) deməyib axı mənim maaşım özümə çatmır. Amma demədiyi sözə görə bəzi deputatlar çıxıb deyir ki, mənim maaşım çoxdur. Çoxdursa, onu deyən deputatların maaşını azaldın da”.
Spiker Oqtay Əsədov isə yerdən “halal olsun” deyə reaksiya verən Hadı Rəcəbliyə irad tutdu: “Hadı Rəcəbliyə mən şəxsən demişəm ki, intervü verəndə görün kimə verirsiniz. Bu, nə xəstəlikdir? Bir çoxlarınız intervü verməyiniz üçün sinov gedirsiniz. İntervü verdiniz, saytlara baxın, görün dediklərinizi yazırlarmı?”
Deputat Fəzail Ağamalı isə gözlənilməz çıxış etdi: “Aqil Abbas dəfələrlə burada solaxay çıxış edib. Onun hələ səviyyəsi çatmır ki, buradakı millət vəkillərinə dərs keçsin. Nəhayət, buna son qoyulmalıdır”.
Bundan sonra qanunlara əlavə və dəyişikliklər qəbul edildi.
Komitə sədri Fuad Muradov isə “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi. 
Previous Post

Parlamentdə anti-Rusiya bəyanatları

Next Post

Bahalaşma onları da danışdırdı

Bənzər yazılar

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub. Bu barədə Elchi.az -  Dövlət Statistika Komitəsindən məlumat verilib....

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır. Bu barədə Elchi.az - a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib....

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22

Amerikanın Oklahama ştatının Qlenpul şəhərində mayeləşdirilmiş təbii qaz rezervuarında yanğın baş verib. Elchi.az " "Fox 23"ə istinadən xəbər verir ki, yanğını...

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32

Aparılacaq təmir işləri ilə əlaqədar Bakı şəhərinin iki küçəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək. Bu barədə Elchi.az-a Azərbaycan...

Next Post

Bahalaşma onları da danışdırdı

Siyasi partiyalara 2,5 milyon pul ayrılacaq

Son xəbərlər

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

Cari ilin birinci yarısında Azərbaycanda 1 420 əkiz, 57 üçəm doğulub

17 Avqust 2026 - 21:29
Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 20-dən şagirdlərin elektron yerdəyişməsi başlayır

17 Avqust 2026 - 21:25
ABŞ-də qaz anbarında güclü yanğın baş verib

ABŞ-də qaz anbarında güclü yanğın baş verib

17 Avqust 2026 - 21:22
Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

Yunanıstanda helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb

17 Avqust 2026 - 21:21
Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

Azərbaycan-Litva tərəfdaşlığının daha da gücləndirilməsi yolları müzakirə olunub

17 Avqust 2026 - 19:29
Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

17 Avqust 2026 - 19:16
Şəmkirdə ağır qəza: dörd nəfər öldü

Şəmkirdə ağır qəza: dörd nəfər öldü

17 Avqust 2026 - 19:08
CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

CNN: Kuşner Netanyahunu Qəzzada sülh planının icrasına təşviq edib

17 Avqust 2026 - 18:50
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq

17 Avqust 2026 - 18:32
Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

Böyükşor gölündə suyun yaşıl rəng almasının səbəbi müəyyənləşdirilib

17 Avqust 2026 - 18:18
Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

Almaniyadan Lavrovun Ukraynaya dəstək barədə şərhlərinə cavab

17 Avqust 2026 - 18:05
Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

Xocəsəndə qəza səbəbindən dayanan suyun verilişi bərpa edilib

17 Avqust 2026 - 17:59
Samuxda bir nəfər kanalda batıb

Samuxda bir nəfər kanalda batıb

17 Avqust 2026 - 17:56
Azərbaycan nefti cüzi bahalaşdı

Azərbaycanın neft-qaz sektoruna investisiyaların həcmi 30%-dən çox artıb

17 Avqust 2026 - 17:53
Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlər azalıb

17 Avqust 2026 - 17:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.