Parisdə yerli elit zərgərlik mağazası olan “Bulgari” günorta vaxtı qarət edilib.
Elchi.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Xatırladaq ki, “Bulgari” mağazası əvvəllər də silahlı quldurların hücumuna məruz qalıb. İki il əvvəl mağazadan 10 milyon avro (8,77 milyon funt sterlinq) dəyərində zinət əşyaları oğurlanmışdı.
Qeyd olunur ki, həmin vaxt cinayətkarlardan biri polisin açdığı atəş nəticəsində ayağından yaralanmışdı, daha sonra isə o, mühakimə olunub.
Yeganə