Çinin münasibətləri normallaşdırmaq üçün 2008-ci ildə Tayvana hədiyyə etdiyi panda ötən həftələrdə xəstələndi. Ömrünün son dövrünə qədəm qoyan Panda Tuan Tuan Çin və Tayvan hökumətləri arasında donmuş münasibətləri bir qədər yumşaldıb.
Elchi.az xəbər verir ki, Çin tərəfindən 2008-ci ildə münasibətləri normallaşdırmaq üçün Tayvana hədiyyə edilən erkək panda son həftələrdə xəstələnib.
Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvanla 2016-cı ildən bəri rəsmi əlaqəsi olmasa da, Tuan Tuanın son günlərində rahat olmasına kömək etmək üçün baytarlara adanı keçməyə icazə verilib. 18 yaşlı Tuan Tuanın beyin şişi olduğu güman edilir.
Taypey Zooparkının rəhbərliyi Çindən gələn baytarların ən azı 7 gün müşahidə aparacağını açıqlayıb.
“Onlar gəlib Tuan Tuanı şəxsən görmək istədiklərini bildirdilər. Məncə, bu, çox mənalı səfərdir”, – zooparkın direktoru İv Vanq bildirib.
Şayəstə