Pakistanın Hayber Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.
Elchi.az xəbər verir ki, milli mediada yer alan xəbərlərə görə , silahlılar gecə saatlarında Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis bölməsinə əl qumbaraları və ağır silahlarla hücum ediblər.
Hücumda 10 polis məmuru həyatını itirib, 6 polis əməkdaşı yaralanıb.
Gecənin qaranlığından istifadə edərək qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Nuranə Məmmədova