Pakistanın Bəlucistan əyalətində kömür mədənində partlayış baş verib.
Elchi.az xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən “Dawn” telekanalı məlumat yayıb.
Dağ-mədən departamentinin baş inspektorunun sözlərinə görə, xilasedicilər partlayış yerinə çata bilib. Ancaq partlayışda azı 6 nəfərin öldüyü məlumdur.
Məlumata görə, güclü partlayış mədəndə metan yığılması nəticəsində baş verib. Bu zaman fəhlələr 450 metrdən çox dərinlikdə işləyib və şaxtanın bir hissəsi dağıldığı üçün orada qalıb.





















Son şərhlər