"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SEÇMƏ XƏBƏRLƏR

Özünü tanımayanlar və “virtual anarxist” eksperimenti haqqında düşüncələr

26 Mart 2018 - 15:55
in SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Özünü tanımayanlar və “virtual anarxist” eksperimenti haqqında düşüncələr
Əliməmməd Nuriyev
“Fərdə, yaxud  cəmiyyətə birbaşa ziyan gətirən, yaxud onlar üçün özündə birbaşa ziyan təhlükəsi daşıyan hər şey fərdi azadlıqlar dairəsindən çıxarılmalı mənəviyyat və ya qanun dairəsinə aid edilməlidir”.  Son vaxtlar Avropa liberalizminin paytaxtlarından səslənən küfr,  söyüş və təhqirlərə qulaq kəsilərkən elə liberalizmin atalarından hesab edilən Con Stüart Milin bu sözlərini xatırlamaya bilmirəm.  C.Mill  hələ 1859-cu ildə özünün liberalların ayəsinə çevrilən “Azadlıq haqqında” essesində bu barədə yazırdı.    Avropaya sığınmış bir qrup özünü  siyasi mühacir adlandıran şəxsin Azərbaycanda dövlət başçısına, siyasi rəhbərlikdə təmsil olunan şəxslərə, ayri-ayrı siyasətçilərə, jurnalistlərə, ictimai fəallara  və onların ailə üzvlərinin ünvanına səsləndirdikləri hədyanlara müxtəlif bəhanələrlə, yaxud susmaqla haqq qazandırmağa  çalışanlara onlarn vəsf etdikləri liberalzm bütlərindən Milin bu fikirlərini bir daha oxumağı tövsiyyə edirik. Doğurdanmı  hələ özünü tanımayan, yaxud özünü tapmayan, bəlkə də, Avropanın “ifrat azadlığı”nda özünü itirən iki cüt -bir tək növcavanın və uğursuz  “hüquq müdafiəçi”sinin təhqirlərinə dözməliyik?
Sual ritorikdir və  özünü tanımayan bu cavanlara Azərbaycanın cəmiyyətinin ən azı düşünən hissəsinin onlar haqqında fikirlərini öyrənmək imkanı verməliyik.  Azərbaycan cəmiyyəti, az-çox normal mühakimə qabiliyyətinə malik insanlar bu şəxslərin şəxsiyyəti, baxışları, dəyərləri  haqqında elə onların işlətdiyi sözlər, ifadələr konteksitində fikir yürüdürlər. Unitazı tribuna, tualeti dəyimi masa zalı, klounluğu, təlxəkliyi, vulqarlığı, siyasi natiqlik,  ekran, displey, kamera  qarşısında söyüş söyməyi  cəsurluq bilənlərlə başqa necə qiymət vermək olar?
İlk vaxtlar Avropada belə,  özünü hələ tapa bilməyən növcavanlar və ağılsızlığı nə yaşı, nə də başı ilə ölçülə bilməyən uğursuz “hüquq-müdafiəçisi”nin çıxışlarına ən müxtəlif səbəblərdən yarana biləcək hirsin-hikkənin görsənişi kimi baxmaq olardı.  Subyektiv qəzəbin innovativ ifadə  forması kimi. Hətta dözmək, başa düşmək, bağışlamaq da olardı.  Amma proseslərin sonrakı inkişafı göstərdi ki,  ilk vaxtlar bir neçə gəncin ekstravaqant etiraz manerası təsiri bağışlayan bütün hərəkət və əməllər bütövlükdə Azərbaycana, milli dəyər və əxlaq normalarına qarşı çox dəqiqlikə düşünülmüş, addım-addım planlaşdırılan, pedantcasına həyata keçirilən “səlib yürüşüdür”.  Məqsəd özlərinin ifadə etdiyi kimi guya “Azərbaycanda inqlab etmək”, yaxud “inqlabi situasiya yaratmaq”dır.  Bu “səlib yürüşü”nün sponsor və təşkilatçıları üçün dahi Makiavellidən sonra müzakirə olunan “məqsəd vasitəyə haqq qazandırmalıdırmı?” -dilemmasının cavabı aydındır. Onlar icraçılar üçün yalnız bir “qızıl qayda” qoyublar- “Müqəddəs heç nə yoxudur”.  İcraçıların bütün dəsti-xətti məhz bu prinsipə söykənir. Siyasi mübarizə üsulları, siyasi mədəniyyət, siyasət və əxlaq, siyasi satiranın siyasi  mübarizədə rolu ilə bağlı hər hansı mükalimə və müzakirəni tamamilə rədd edilməsi, buna cəhd edənləri birbaşa nişan almaqla söymək də bu tapşırıqdan irəli gəlir. Bu icraçılar bəlkə də özləri də fərinqə varıblar ki,  onlardan zombi kimi istifadə olunur və yaxud hansısa qüvvələrin “unversal virtual əsgər”, “virtual anarxist”  yetişdirilməsi eksperimentinin qurbanıdılar.  Ola bilsin ki, özləri üçün artıq çıxış yolu görmürlər, ona görə tarana gedir, kamikadzelik edirlər.  Çünki bəlkə də, anlayıblar ki, “şeytanla müqavilə əbədi bağlanır”, xüsusən “yaşıl şeytanla müqavilə” pozula bilməz. Bəlkə də, çıxış yolu axtarmırlar…Zombi olmaq elə onların öz seçmidir?
Müasir informasiya-kommunikasiya texnologiyaları 19-cu əsr anarxizm, inqilabi terrorizm ideyalarının  virtual məkanda hədəf ölkələrə, hökumət və siyasi liderlərə  qarşı innovativ üsullarla tətbqinə imkan yaradıb. Bizim bu Avropa paytaxtlarının tualet və zibilliklərində eşələnməklə, siyasi mübarizə apardığını elan edən başıbəlalı, özünü tanımayanlar bilməzlər. Amma onların sponsorları və rejissorları çox yaxşı bilir. 1869-cu ildə Cenevrədə Neçayevin “İnqilabçının katexisizi” adlı əsəri çap olunur.  Əsərdə inqilabçının rəhbər tutmalı olduğu prinsiplər və baxışlar yer alıb.  4-cü bənddə qeyd olunur ki, “O, (inqilabçı)  ictimai rəyə nifrət edir.  İndiki ictimai əxalqın bütün təzahür formalarına nifrətlə yanaşır. Ona mane olan hər şey əxlaqa ziddir və cinayətdir”. Bu özünü tapmayan şəxslər bilsinlər ki, onlar hələ 149 il əvvəl dərc olunan rəhbərliyə əsasən idarə olunurlar.  Onlardan milli əxalqımızı, dəyərlər sistemimizi, biz sözlərə bizi-biz edən dəylərimizi sarıstmaq, dağıtmaq, milli təhlükəsizliyimizə təhdidlər yaratmaq  üçün “Katexisiz”də qeyd edilən kimi istifadə olunur. Onu da qeyd edək ki, az sonra Neçayevin və digər “inqilabı makiavelliçilər”-in yazdığı bu qaydaları bolşeviklər əsas götürdülər. Onların inqilabı isə bütün bəşəriyyət, ayırca bizim xalqımız üçün çox dəhşətlər gətirdi. Bolşevik inqilabının sponsorlarından biri isə o zamankı Almaniya hakim dairələri idi…
Siyasi satira tənqidi təfəkkürün formalaşmasında spesifik rol oynayaraq  ictiamai-siyasi proseslərin obyektiv dərk olunasına böyük töhfə verir. Bu baxımdan siyasi satira obrazlar və simvollar vasitəsilə tənqidi mühakimələrin daha geniş kütlələrə çatıdırılmasını təmin edir. Müasir siyasi mübarizə prkatikasında da geniş yayılıb və effektiv istifadə olunur. Amma siyasi satira Qərb ölkələrinin praktikasında heç vaxt siyasətçilərə münasibətdə şərəf və ləyaqətin alçaldılması üsulu kimi istifadə olunmur. Oluna bilməz. Siyasətçilərin siyasi kimliyi tənqid olunur. Bu başıbəlalı “zombiboy”ların istinad etdiyi Qərb siyasi satira praktikası məhz siyasi kimliyin tənqid olunmasına köklənir.  Bunların əsası hələ Qədim Yunanıstan siyasi praktikasına gedən, Böyük Fransa İnqilabında cilalanan siyasi satiranın böyük irsindən öyrəndikləri isə unitaz və zibillikdə eşələnmək olub.
Təəssüf və min təəssüf ki,  Volterin, Hötenin, Hegelin vətəni olan ölkələrindən belə küfrlər səslənir və Azərbaycan dövləti, onun atributları, milli əxlaq dəyərlərimiz hədəf alınır. Min təəssüf ki,  liberal, demokratik  Avropa ölkələrinin paytaxtlarında buna dözümlü yanaşırlar. Görən bu təmkin doğurdanmı söz və fikir azadlığına hörmətdən qaynaqlanır?  Görəsən,  Yunanıstanda iqtisadi böhran baş verdiyi zamanlarda, 3-4 il əvvəl Almaniya siyasi rəhbərliyinin ünvanına azərbaycanlı mühacirlərin söyüşlərinin heç yüzdə biri qədər olmayan tənqidlər və satirik  fikirlər səslənəndə rəsmi Berlin bütün Avropanı niyə silkələyirdi və Afina hədələnirdi? Bu sual da ritorikdir və sadəcə Avropa ölkələri də dəfərlərlə sübut ediblər ki,  Makiavellinin fikirlərini çox yaxşı mənimsəyiblər. C.Millin ifadə azadlığı barədə dediklərini isə xüsusən son zamanlar fərqli interpretasiya edirlər. Azərbaycan da, bizlər də gərək bunu nəzərə alaq…
Previous Post

Özünü tanımayanlar və “virtual anarxist” eksperimenti haqqında düşüncələr

Next Post

Həyat yoldaşına 4 milyonluq villa hədiyyə etdi

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post
Həyat yoldaşına 4 milyonluq villa hədiyyə etdi

Həyat yoldaşına 4 milyonluq villa hədiyyə etdi

Həyat yoldaşına 4 milyonluq villa hədiyyə etdi

Həyat yoldaşına 4 milyonluq villa hədiyyə etdi

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.