Antarktika qitəsindəki ozon təbəqəsində əmələ gələn dəliyin sahəsi 26 milyon kvadrat kilometr olub. Bu il tünd qırmızı təbəqədəki çuxur ən böyük ölçülərdən birinə çatıb.
Elchi.az xəbər verir ki, Avropa Kosmik Agentliyindən verilən açıqlamaya görə, Avropa İttifaqının Yer atmosferini müşahidə proqramına aid Kopernik Sentinel-5P peykindən sentyabrın 16-da çəkilən görüntülər Antarktidadakı ozon dəliyinin eninin 26 milyon kvadrat kilometrə qədər artdığını göstərib.
Genişliyi avqustdan oktyabr ayına qədər dəyişən və sentyabrın ortaları ilə oktyabrın ortaları arasında maksimum ölçüsünə çatan ozon dəliyi bu il avqustun ortalarından etibarən sürətlə böyüyərək sentyabrın ortalarında qeydə alınan ən böyük ozon dəliklərindən birinə çevrilib.
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının yanvar ayında dərc etdiyi hesabatda nazikləşmiş ozon təbəqəsinin yenidən bərpa olunmağa başladığı qeyd edilib.
Şərh edilir ki, ozon təbəqəsindəki dəliyin bu qədər sürətli böyüməsi Tonqa sualtı vulkanının 2022-ci ilin yanvarında aktivləşməsi ilə bağlı ola bilər.
Dünyada dərinləşən iqlim böhranı səbəbindən bu il çoxlu fəlakətlər qeydə alınıb.
Qeyd edilir ki, ozon təbəqəsindəki dəliyin sürətlə genişlənməsinin müxtəlif səbəbləri ola bilər.
Ozon təbəqəsindəki dəliyin sürətlə böyüməsinin Tonqa sualtı vulkanının aktivləşməsi ilə bağlı ola biləcəyi düşünülür.
Nuranə Məmmədova