Şuşanın 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsi Azərbaycan həqiqətlərinin müsəlman dünyasına çatdırılmasına gözəl bir vəsilə olacaq.
Kult.az xəbər verir ki, bu sözləri oktyabrın 4-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ilə görüşdə İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
“İSESKO Azərbaycanda öz regional nümayəndəliyini açmağı planlaşdırır. Dünya Dini Liderlərinin Bakıda planlaşdırılan III Sammiti ilə bağlı İSESKO Qafqaz Müsəlmanları İdarəsi ilə strateji əməkdaşlıqda maraqlıdır”, – Maliki qeyd edib.
Bakıda “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib – FOTO
Bakıda İsveçrə və Azərbaycan musiqiçiləri və Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə “İsveçrə və Azərbaycan musiqisi dialoqda” adlı tədbir keçirilib....





















Son şərhlər