"Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində məşqlər davam edir

🗓 23.02.2024 15:07 ✍️ "Elçi" qəzeti
"Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində məşqlər davam edir
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Öyrədərək öyrənirəm" layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrında, Füzuli Dövlət Dram Teatrının rejissoru Mirzə Nicatın məşqləri davam edir.   Elchi.az xəbər verir ki, layihə çərçivəsində Jalə İsmayılın "Ametist xanım və Apatit bəy" pyesi əsasında "Love Butik" adlı tamaşa, eyni zamanda "Mən və Teatr Etikası" (Stanislavski sistemi) mövzusunda təlimlər nəzərdə tutulub. Layihənin məqsədi bölgə teatrlarındakı yaradıcı prosesi inkişaf etdirmək və onları paytaxt teatrlarında gedən proseslərə yaxınlaşdırmaqdır. Tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Səyyat Məmmədov, bəstəkarı Vahid Bayramov, rejissor assistenti Kəmalə Eyyubovadır. Qeyd edək ki, teatrın aktyorları - Əməkdar artist Hacı Hacıyev, Yusif Qoca, Zəmanə Dərviş və Xanım Məmmədova canlandırır.  

Bənzər yazılar