"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

«Ovod»dan «Ömür kitabı»nadək…

14 Dekabr 2014 - 01:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Məşhur bir inqilabçının «Ovod» əsərini «taleyimi müəyyənləşdirən kitab» kimi dəyərləndirməsini böyük həqiqət hesab etməsəm də, havaya deyilmiş fikir də 10552599_676983365727015_6979786821853980409_nsaymıram. İnsanın taleyi özündən əvvəl yazılır, amma ömrün müəyyən pilləsində «bizsiz yazılan» tale yolunu tapmaqda bədii əsərlərin rolu birmənalıdır, baxmayaraq ki, bu əsərin məhz həmin yaşda, həmin anda oxunması təsadüf deyil.

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Bizim nəslin dünyagörüşünün formalaşmasında da bədii əsərlərin xüsusi çəkisi var. Nələri xatırlayıram?

Yadımdadır ki, «İdeal» dünyanı dərketmə üçün göstərdiyimiz uğursuz axtarışlarda ən çox müzakirə etdiyimiz mənbələrdən idi. Bu əsər dünyanı bizə o vaxta qədər olmayan kimi göstərirdi: yeni-yeni artan dini ədəbiyyat və ürfani bilgilərlə «İdeal»dakı «Qapalı dünya»nın qarşılaşması, nəticəsinə birmənalı olaraq çata bilməyəcəyimiz müzakirələrə açar olurdu. İlk dəfə onda hiss etdim ki, dünya göründüyü kimi deyil – bilmədiyimiz və bilməyimizin mümkün olmadığı çox mətləblər var.

«Məhşər» isə bir ayrı dünya açmışdı önümüzdə: bunun ardınca Nəsimi dünyagörüşünü dərketmə istəyi yaranmışdı, klassik poetik fəlsəfəni öyrənmək həvəsi oyanmışdı və bitib-tükənməyən bir aləmin qapıçısı kimi İsa Hüseynovun bu misilsiz əsəri hələ də məni təqib edir.

Bir əsərdən o birisinə asanlıqla keçməzdik – günlərlə bir romanı yaşayardıq. Mütaliəyə başladığım vaxtdan bir kompleksim də yaranmışdı: uşaq oyunları məni daha az əyləndirirdi, elə bilirdim ki, yarımçıq saxladığım romandakı hadisələr donub qalıblar və intizarla hərəkətə gəlmələrini gözləyirlər: sanki mənsiz o hadisələr baş verməyəcəkdi, obrazlar canlanmayacaqdı, sonu olmayacaqdı; özümü hadisələrin «təkanvericisi» saydığımdan, obrazlara və hadisələrə «xəyanət» etməzdim, kitabı bitirməyincə rahat olmazdım. Amma kitabı bitirəndən sonra da bu «alternativ ömrün» içindəki yaşantılarım davam edərdi.

«Dantenin yubileyi» – aylarla istedadsız bədbəxtlərin yaşam gerçəkliyi barədə düşüncələrimə yol açmışdısa, «Yaxşı padşahın nağılı» idarəetmənin eybəcərliyini göstərən çılpaq mənzərə kimi xəyalımdan getmirdi.

Sonra «tüpürüm bu dünyanın üzünə ki, insanı əclaf etməmiş ona istədiyini vermir» deyən «Ürək yaman şeydir» gəlirdi, «çantasının olduğu yerə günəş şüasının düşdüyü» Qədirin qərib həyatı haqda düşüncələrdən yorulurdum…

Peçorin kimi darıxmaq dəhşəti aylarla «Zəmanəmizin qəhrəmanı»nı yaşamağımızı şərtləndirirdi…

Ömrünün mənasını çovdarlıqda oynayan uşaqları uçurumdan qorumaqda görən, qədəriliyi Teddinin boyuna biçən və dünyanın bütün şöhrətindən imtina edib tənhalığa çəkilən Selincerdən düşündürücü nə ola bilər?

«Qəsr»ində ilişib qalan və ən böyük əsərini «Gündəliklər»lə oxucularına verib dünyanı yarımçıq tərk edən Kafkanı necə oxuduğun anda tərk edə bilərsən?

Daxili mənəvi kataklizmlərilə insanı heyrətə gətirən, şər və xeyiri birgə yaşadan Raskolnikov da yaddan çıxmaz.

Müəllifdən oğurlanıb özünü qatar altına atan Anna Kareninanı, ədəbi aləmi «bezdirici» sayıb çobanların (qoy, lap belə olsun!) yanına qaçan və at ayaqları altında can verən, bütün ömrü «bu gün» sayan Folkneri, «Dünyanın ən gözəl ölüsü»nü, Marqaritanın masterini, Madlen babanı, Qorio atanı, Kerri bacını unutmaq olmur – «Qatar, Latur, Pikasso, 1968» kimi…

Səsə, mahnıya çevrilmək istəyən Lorka nəğmələri qulaqlarda cingildəyir: «Nəğmə olmaq istəyirəm, ay ana!»…

Hətta bir misrası bir ömrə bəs edənlər… İlahi, yaddaşın «kitab rəfində» kimlər yoxdur: rüşvət olmadığından salamı alınmayan Füzulidən poeziyamızın Salamına, “İlahi Komediya”dan “Haramı”ya qədər…

İndi düşünürəm, «elə bir kitab yoxdur ki, insan ondan nəsə öyrənməsin» deyən Monte nə qədər haqlıymış… Bədii əsərlər bizim düşüncələrimizin formalaşmasında böyük rol oynayıb, bir ömürdə neçə-neçə həyat yaşamağımızı şərtləndirib.

Amma əlbəttə ki, «Ömür kitabı» – «Gülüstan» poemasından sonra milli düşüncəmizə təsir edən bəlkə də ən əhəmiyyətli əsərdir. «Ömür kitabı» mənəvi-fəlsəfi fikrimizə, baxışlarımıza yox, birbaşa milli hisslərimizə heç vaxt unutmayacağımız təsir göstərdi: «Edam kötüyü», «Az i Ya» kimi…

Bəlkə də yaşın «keçid dövrü»ndən idi, bəlkə «zaman o zaman idi», bəlkə dünya hələ bu qədər «qloballaşmamışdı» və bir bilgisayara sığacaq səviyyədə kiçilməmişdi – hər nəydisə, kitaba, əsərə başqa cür yanaşırdıq. Hərdən düşünürəm: bəlkə MÜQƏDDƏS KİTAB-a qoyulan qadağanın təsirindən idi ki, bizlər KİTAB-a müqəddəs baxırdıq.

Vərdişim həmən vərdişdir, heç dəyişməyib: indi öz nəslim sayılanları da oxuyuram. Amma onları yarımçıq saxlaya, bəzən hətta məcburən, vaxt darlığından yarımçıq saxladığım romana qayıtmaya da bilirəm. Onlarda hadisələr, obrazlar yoxdurmu, donmurmu? Bu obraz və hadisələr «yarımçıq» saxlanıldığı, «donub qaldıqları» üçün görəsən məni gözləmirlərmi. Onları canlandırmaq həvəsim əvvəlki kimi deyil.

Mənmi dəyişdim, ya zəmanə yazarlarımı?

Previous Post

«Ovod»dan «Ömür kitabı»nadək…

Next Post

Öz ölüm anını videoya çəkdi – VİDEO

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Öz ölüm anını videoya çəkdi - VİDEO

Öz ölüm anını videoya çəkdi - VİDEO

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.