"Övladını tanımaq üçün ilk öncə valideyn öz ruhunu tanımalıdır" - PSİXOLOQ

"Yeniyetməlikdə əziyyət çəkməmək üçün hörmətli valideynlərimiz övladını kiçik yaşlardan yeniyetməlik dövrünə hazırlamalıdır. İstər qida, istər davranış, istər şəxsiyyət baxmındam bunu nəzərə almalıdırlar"- bu sözləri Elchi.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə şəxsiyyəti formalaşdırmaq üçün bəzən gecikmiş amillər olur ki, bu ailə faktorundan gəlir:" Biz həmin an empatiya qurarkən nə valideyn, nə də uşağın səhvlərini düşünmürük. Həmin anda bizə müraciət edən fərdin şəxsiyyət kimi formalaşmasında olacaq köməkliyimizi göstəririk.
Hətta onun ilini, bürcünü belə tam araşdıraraq uşağa bir başqa yanaşma tərzimiz olur. Və sonda niyə sizi dinləyir, məni yox kimi müraciətlərini bizə bildiririlər. Çünki sən övladını tanımırsan. Övladını tanımaq üçün ilk öncə valideyn öz ruhunu, davranış qaydalarını tanımalıdır. Biz burda bütün insan tipləri haqqında danışsaq dərin araşdırmalara ehtiyac duyulur".
Havar Şəfiyeva