"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ötən il Azərbaycanda 26 672 cinayət qeydə alınıb

14 Fevral 2020 - 17:11
in CƏMİYYƏT
FacebookVatsap

Ötən il Azərbaycanda 26 672 cinayət qeydə alınıb.
“Report”un xəbərinə görə, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirib.
Belə ki, kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Baş prokuror Zakir Qaralov bildirmişdir ki, 2019-cu il Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olmuş, digər hüquq mühafizə orqanları, ilk növbədə daxili işlər, dövlət təhlükəsizlik, ədliyyə və məhkəmə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunmuşdur. Prokurorluq orqanlarının səyləri Dövlət başçısı cənab İlham Əliyevin rəhbər göstərişlərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə, prokurorluqda islahatların yeni məzmunda davam etdirilməsinə, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılmasına, mövcud çatışmazlıqlar və neqativ təzahürlərin təxirəsalınmadan aradan qaldırılmasına yönəldilmişdir.
Daxili İşlər Nazirliyi ilə əlaqəli şəkildə həyata keçirilən peşəkar istintaq və əməliyyat-axtarış tədbirlərinin nəticəsi olaraq, ictimai əks-səda doğurmaqla cəmiyyətin maraq dairəsində olan, keçmiş illərdə törədilməklə uzun müddət ərzində bağlı qalan bir sıra xüsusilə ağır və ağır cinayətlərin açılması və cəzanın labüdlüyünün təmin olunduğu konkret misallarla diqqətə çatdırılmışdır.
Hesabat dövründə kriminogen durumun nəzarətdə saxlanıldığını qeyd edən Baş prokuror Zakir Qaralov əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının sabit qalaraq 265 fakt təşkil etdiyini və ölkəmizin ötən il də MDB və Avropa məkanında ən təhlükəsiz və sabit dövlətlərdən biri kimi öncül mövqeyini saxladığını xüsusi vurğulamışdır.
Kollegiya iclasında bildirilmişdir ki, daxili işlər və digər hüquq mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və strukturunda müşahidə olunan ötən illərin müsbət göstəriciləri 2019-cu ildə də davam etdirilmiş, prokurorluğun dövlət maraqlarının müdafiəsi və cinayətkarlığa qarşı effektiv mübarizənin təşkili istiqamətində fəaliyyəti daha da güclənmişdir. Hesabat ilində istintaq və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə 26.672 cinayət qeydə alınmışdır. Bu cinayətlərin 92 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmuş, cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil etmişdir.
2019-cu ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən dövlət orqanları üzrə qeydə alınmış cinayətlərin 84,8%-nin açılması təmin olunmuşdur.
Daxili işlər və prokurorluq orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində 2018-ci illə müqayisədə qeyri-aşkar şəraitdə törədilmiş, ağır və xüsusilə ağır, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, mülkiyyət əleyhinə olan cinayətlər, o cümlədən soyğunçuluq, quldurluq, dələduzluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsinin qaçırılması, habelə xuliqanlıq, ictimai yerlərdə baş verən cinayətlər, yetkinlik yaşına çatmayanlar və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlər azalmış, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd, qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq, hədə-qorxu ilə tələb etmə, avtonəqliyyat vasitəsini qaçırma cinayətlərinin açılma vəziyyəti yaxşılaşmış, eləcə də daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 329 cinayətin açılması təmin edilmişdir.
Hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması, bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində müəyyən işlər görülmüşdür. Qeydə alınmış həmin cinayətlərin sayı əvvəlki illə müqayisədə azalmış, açılma faizi 96,1% olmaqla sabit qalmışdır. 2018-ci illə müqayisədə hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, həmin hadisələrdə ölən şəxslərin sayı 99 nəfər artmış, xəsarət alan şəxslərin sayı isə 9 nəfər azalmışdır. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı açılmamış qalmışdır.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və tabe prokurorlara 2019-cu ildə və əvvəlki illərdə törədilməklə bağlı qalan qəsdən adam öldürmə cinayətlərinin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.

Bunu da oxuyun

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Previous Post

Ötən il Azərbaycanda 26 672 cinayət qeydə alınıb

Next Post

İstirahət günlərinin hava proqnozu açıqlandı

Bənzər yazılar

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

01 Oktyabr 2026 - 11:12

Xəbər verdiyimiz kimi, Yardımlı rayonunun Bozayran kəndində yaşayan 89 yaşlı Bədirova Gültamam Zərbi qızı yaşadığı evin vəziyyəti ilə bağlı saytımıza...

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçilərinin müvafiq təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilməsi...

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi...

Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48

Oktyabrın 2-3-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən...

Next Post
İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərinin hava proqnozu açıqlandı

İstirahət günlərinin hava proqnozu açıqlandı

Son xəbərlər

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

Tramp Cənubi Koreyanın ABŞ-da 200 milyard dollarlıq investisiya yatıracağını açıqladı

01 Oktyabr 2026 - 12:06
FHN-in Bakı Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

FHN-in Bakı Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

01 Oktyabr 2026 - 11:57
Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46
Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

01 Oktyabr 2026 - 11:38
Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

01 Oktyabr 2026 - 11:30
Prezident İlham Əliyev Çin liderini təbrik edib

Prezident İlham Əliyev Çin liderini təbrik edib

01 Oktyabr 2026 - 11:25
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23
Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

01 Oktyabr 2026 - 11:12
89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

01 Oktyabr 2026 - 11:12
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

01 Oktyabr 2026 - 11:04
“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

01 Oktyabr 2026 - 10:52
Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41
Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25
Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

01 Oktyabr 2026 - 10:19
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.