"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

“Orxan Zeynalov hadisəsi düşünülmüş təxribat ola bilər” – PA rəsmisindən ŞOK AÇIQLAMA

19 İyul 2014 - 12:23
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

Azərbaycan Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri,publika.az1405750593unnamed hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Qafar Əliyev ötən il Moskvada qətl törətməkdə şübhəli bilinən həmyerlimiz Orxan Zeynalovun istintaqının gedişi ilə bağlı məsələyə münasibət bildirib. 
PA-nın sektor müdiri Q.Əliyev Publika.az-a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı mətbuatda kifayət qədər müzakirələr yer alıb: 
“Hələ ötən ilin payız aylarında bu məsələ gündəmə gələn zaman da Azərbaycan tərəfi öz mövqeyini bildirmişdi. Bilirsiniz ki, həmin ərəfədə Azərbaycanda prezident seçkiləri keçirilmişdi. Rusiyada isə emiqrantlara qarşı ciddi tədbirlər görülməsi məsələsi gündəmə gəlmişdi. Yəni, 2013-cü ilin oktyabrında Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində belə bir proseslər gedirdi. Həmin ərəfədə isə Rusiyada yaşayan soydaşlarımızın həyatına müəyyən təhlükələr də yaranmışdı. Bunlardan biri isə Orxan Zeynalovun adı hallanan məlum xoşagəlməz hadisə idi. Təsəvvür edin ki, adi məişət zəminində baş vermiş bir hadisə bu qədər böyüdü”.
Q.Əliyev qeyd edib ki, hələ Orxan Zeynalovun baş verən hadisədə təqsiri olması sübut olunmayıb:
“Məhkəmənin hökmü qüvvəyə minmədən heç kəsi cinayətkar saymaq olmaz. Çox təəssüf ki, ötən il Rusiya Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat və bu zaman Orxan Zeynalovun döyülməsi, onun kütləvi informasiya vasitələrində (KİV) nümayiş olunması və sosial şəbəkələrdə yerləşdirilməsi sözün həqiqi mənasında sensasiya idi. Hətta bu hadisə Azərbaycanda və azərbaycanlılar arasında da böyük narahatlıq yaratmışdı. İlk növbədə onu deyim ki, əgər bu cinayəti, doğrudan da, Orxan Zeynalovun törətməsi şahid ifadələri ilə sübut olunsaydı, o zaman istintaq prosesi indiyədək uzanmazdı. Çünki o zaman ölən, öldürən və hadisənin yeri bəlli olur. Belə olan təqdirdə isə istintaq prosesi nə üçün bu qədər uzanır? Bu günlərdə Orxan Zeynalov Moskvada keçirilən məhkəmə prosesində bir daha bəyan etdi ki, onun baş verən hadisədə heç bir təqsiri yoxdur. Sadəcə, ibtidai istintaq zamanı döyülməsi və qorxması səbəbindən ölümü öz boynuna götürüb. Bütün bu məqamlar isə onu göstərir ki, Orxan Zeynalovun işi ilə bağlı yenidən ibtidai istintaq aparılmalı və onun təqsiri məhkəmə yolu ilə sübut olunmalıdır”.
PA rəsmisi vurğulayıb ki, hazırda Azərbaycanın hüquq-mühafizə orqanları, səfirlik və diaspora təşkilatları Orxan Zeynalovun məsələsini diqqətdə saxlayır:
“Son dövrlər Azərbaycan və Rusiya arasında daha da inkişaf edən münasibətlər iki ölkənin hüquq-mühafizə orqanları arasında da qarşılıqlı əməkdaşlığın genişləndiyini göstərir. İnanıram ki, Azərbaycanın hüquq-mühafizə orqanlarının bu məsələni ciddi nəzarətdə saxlaması nəticəsində Orxan Zeynalovla bağlı istintaq işi obyektiv aparılacaq və ədalətli qərar qəbul olunacaq.
Orxan Zeynalov üçün Azərbaycanlılardan ibarət vəkil ayrılıb. Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlayır ki, Orxan Zeynalovun işi ilə bağlı istintaq obyektiv aparılsın. Həqiqətən də bu hadisəni azərbaycanlı şəxs törədibsə, o zaman o, layiqli cəzasını almalıdır. Ancaq törətməyibsə və bu zorla Orxan Zeynalovun boynuna qoyulursa, deməli, burada maraqlı olan qüvvələr var ki, azərbaycanlıların Rusiyadan sıxışdırılmasını istəyir. Orxan Zeynalovla bağlı hadisə düşünülmüş təxribat da ola bilər. Ola bilər ki, burada erməni diasporunun da əli var. Bütün bunlar araşdırılandan sonra həqiqət üzə çıxacaq”.
Previous Post

“Orxan Zeynalov hadisəsi düşünülmüş təxribat ola bilər” – PA rəsmisindən ŞOK AÇIQLAMA

Next Post

İsrailin hücumları nəticəsində 306 nəfər öldü

Bənzər yazılar

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Next Post

İsrailin hücumları nəticəsində 306 nəfər öldü

İsrailin hücumları nəticəsində 306 nəfər öldü

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.