"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Orta güc – ŞƏRH

17 İyul 2026 - 16:57
in SİYASƏT
FacebookVatsap

“Azərbaycan qlobal miqyaslı beynəlxalq platformaya çevrilib”, “Azərbaycandan dünyaya mühüm mesajlar səsləndirilib”, “Dünyanın diqqəti yenə də Azərbaycanda”, “Azərbaycan növbəti dəfə mühüm beynəlxalq təşəbbüslə çıxış edib”, “Azərbaycan vacib logistik layihələrin kəsişməsində dayanıb” – etiraf etməliyik ki, bu cür ifadələr artıq heç kimi təəccübləndirmir. Bizim ictimaiyyət onlara hətta alışıb, sözügedən alışqanlıq isə nədənsə çox qısa müddət ərzində formalaşıb. Sanki müstəqilliyi əldə edəndən sonra məmləkətimizdə acılı işğal dövrü yaşanmayıb, suverenlik və ərazi bütövlüyü itirilməyib, xalqımız müharibə şəraitində yaşamayıb, bir milyondan artıq qaçqın və məcburi köçkünlərimiz olmayıb, habelə beynəlxalq tədbirlər zamanı dünyanın siyasi xəritəsində sadəcə Azərbaycanı tapıb auditoriyaya göstərmək imkanı yarananda uşaq kimi sevinməmişik. Sanki gözümüzü açıb ABŞ-ı özümüzə birdən-birə strateji tərəfdaş olaraq görmüşük, habelə heç kimdən çəkinmədən hər zaman milli maraqları açıq şəkildə müdafiə etmək və beynəlxalq münasibətlər sistemində bərabər hüquqlu tərəfdaş kimi çıxış etmək gücündə olmuşuq. Sanki bizə “Qalib xalq” adını və milli birliyi kimsə kənardan hədiyyə edib. Əlbəttə ki, xeyir! Bütün nailiyyətlər prinsipial mövqeyin, dönməz siyasi iradənin, böyük zəhmətin, möhtəşəm səbrin və zərgər dəqiqliyi ilə icra olunan mükəmməl siyasi strategiyanın nəticəsidir. Müstəqilliyi əbədi yaşada biləcək belə mühüm nailiyyətlərin əsl dəyərini qorumaq naminə ötən dövrü unutmaq olmaz.

Bunu da oxuyun

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Çəkinmədən və tərəddüd etmədən deyə bilərik ki, 13-14 iyulda “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilmiş IV Şuşa Qlobal Media Forumu bəhs etdiyimiz strategiyanın bilavasitə təzahürü və davamıdır. Tədbirin ilk günündə çıxış edən Prezident İlham Əliyevin nitqində öz əksini tapmış fikirlər isə həmin şərti strategiyanın prinsipial vurğularının üzərinə işıq saçır. Sosial şəbəkələr sayəsində Forum ətrafında dolaşan “rəngli emosiyalı” qeybətlər isə ondan xəbər verir ki, Prezident tərəfindən səsləndirilmiş strateji vurğular kimlərisə çox narahat edib.

Təsadüfi deyil ki, Forum keçirildiyi günlərdə yerli və beynəlxalq ictimaiyyətinin diqqətini mühüm strateji mesajlardan yayındırmaq və tədbirin siyasi əhəmiyyətini kiçiltmək məqsədilə sosial şəbəkələr, obyektivlik və peşəkarlıqdan uzaq olan qərəz dolu manipulyativ xarakterli məlumatlar ilə “bürünmüşdür”. Təxribatçıların sifarişli kontentdə olan məlumatların yayılmasının sürəti isə həqiqətən də qibtəedicidir. Bu mənada rahatlıqla ehtimal edə bilərik ki, sosial şəbəkələrdə təxribat xarakterli məlumatların yayılması təsadüfi deyil və bu iş mərkəzləşdirilmiş şəkildə təşkil olunmuşdur.

Tədbir çərçivəsində jurnalistlər tərəfindən verilmiş suallara Prezident İlham Əliyevin hər bir cavabı xüsusi tədqiqat predmeti olmağa layiqdir. Təkcə ona görə yox ki, bu cavablar dövlətin birinci şəxsinə məxsusdur, həm də səsləndirilmiş hər bir fikrinin məzmun və dərinliyi, habelə strateji təyinatı düşünməyə vadar edir. Mövcud halda hadisələrin sadəcə nəql olunması ilə məhdudlaşmaq qətiyyən olmaz. Burada eşitdiyimiz hər bir fikir istisnasız olaraq perspektivə yönəlmiş və gələcək ilə bağlı milli inkişaf modelinin müəyyən olunmasına xidmət edir. Prezidentin: “Bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır. Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır.” – kimi sözləri həm də ondan xəbər verir ki, ölkəmizdə prinsipial olaraq gələcəyə hesablanmış dövlət siyasəti icra olunur. Nəzərə almalıyıq ki, sözügedən siyasət növü radikallar öz canlarından çox sevdikləri, həmçinin bəzən onlara ucuz divident qazandıran və ani nəticələrə hesablanmış “cığal” demaqogiyadan çox uzaqlarda dayanıb.

Forum ilə bağlı aparılan “çirkli” informasiya manipulyasiyaların əsl səbəblərini bilmək üçün ilk növbədə narahatçılığa və aqressiv şərhlərə səbəb olmuş amilləri müəyyən etməliyik. Niyə məhz sözügedən tədbir internet məkanında aqressiv şərhlər ilə rastlaşıb? Əcəba ona görə yox ki, bu cür tədbirlər vasitəsilə təxribatçıların əlindən son yaramazlıq aləti alınır? Aparılan islahatlar və intensiv şəkildə təşviq olunan siyasi dialoq mühitin sayəsində sabitliyi pozmaq və ölkəni daim təsir altında saxlamaq arzusunda olanların əlindən öncə manipulyasiya aləti kimi istifadə olunan siyasi partiyalar alınmışdır. İndi isə həmin qüvvələr əzizlədikləri informasiya platformalarını itirmək təhlükəsi ilə üz-üzə qalıblar. Əlbəttə ki, təxribatların son adası olan müxtəlif internet platformalarının təsir və əhatə dairəsinin məhdudlaşması həmin qüvvələr üçün faciəyə bərabərdir. Bəli, müstəqil siyasət aparan və Qalib olmuş dövlətin daxili proseslərinə müdaxilə etmək kimi qara ümidlər yalnız informasiya təxribatları ilə bağlı ola bilər. Sözügedən təsbiti hər bir məsuliyyətli vətəndaş mütləq nəzərə almalıdır.

Şübhəsiz ki, bədnam qüvvələrin narahatçılığına səbəb olmuş digər amillər də mövcuddur. Bəli, Prezident İlham Əliyevin “müstəqil siyasət” ilə bağlı olan bütün bəyanatları müəyyən dairələrdə qıcıq yaradır. Məhz müstəqil siyasət aparmaq potensialının mövcudluğu sayəsində cənab Prezident cari tədbirdə faktiki olaraq dövlətin “orta güc” statusunu rəsmiləşdirdi. Qeyd olunan hadisə isə yuxarıda bəhs etdiyimiz inkişaf strategiyasının növbəti mərhələsinin artıq başlanğıcıdır

“Ola bilsin bu səbəbdən bir sıra ekspertlər bizi orta güc adlandırır və səmimi desəm, mən buna etiraz etmirəm”, – Prezidentin bu sözləri sadəcə müvafiq dövlət qurumlarına verilmiş sosial sifariş deyil, bu sözlər hətta beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırış da deyil. Prezidentin bu sözləri Azərbaycanın haqq etdiyi yeni geosiyasi iddianın təcəssümüdür. Azərbaycan artıq region və dünya dövlətlərinin hesablaşdığı güc mərkəzlərindən biridir – budur, bəzilərində qıcıq yaradan əsas amil. Sosial şəbəkələrdə bəzən müşahidə etməyə məcbur olduğumuz təlxəkliklər isə həmin qıcığa verilən emosional reaksiyadır.

Geosiyasi anlamda “orta güc” təkcə müvafiq resurslara malik olmaq demək deyil, bu bir baxış bucağı və özünəməxsus strateji yoldur. “Orta güc” statusu konkret dövləti dünyanın güclü ölkələri sırasına salır ki, sözügedən status səninlə beynəlxalq münasibətlər sistemində hesablaşmağı vadar edir. Prezidentin növbəti sözləri qeyd etdiyimiz təsbitin doğruluğuna işarə edir: “Cənubi Qafqaz dəyişib, həm də əsaslı surətdə. Bu halda, bəlkə də demək olar ki, həmin məsələdə təkanverici rol oynayan İkinci Qarabağ müharibəsi olub.” Ona görə də “orta güc” iddiası həm də gələcəyə hesablanmış strategiyanın daha bir parçasıdır. Sözügedən iddianı ideoloji müstəvidə daha aydın təsəvvür etmək üçün kiçik bir müqayisə aparaq: “Bəzən insanı uğurlu və sağlam iddialı edən amil cibdə olan vəsaitin məbləği deyil, getdiyin yolun təyinatıdır. Budur Prezident İlham Əliyevin gələcək nəsillərə ötürdüyü ideoloji mesaj! Məhz bu yanaşma və bu düşüncə tərzi fərdi, cəmiyyəti və dövləti məğlubedilməz edə bilər.

“Orta güc” statusu həm də ona görə önəmlidir ki, sözügedən geosiyasi status imkan verə bilməz ki, kimlərsə Azərbaycanı hansısa avantüraya cəlb edə bilsinlər. Odur ki, bu istiqamətdə təbliğat bütün mümkün olan müstəvilərdə aparılmalıdır. Şuşada keçirilmiş Forum özü-özlüyündə ondan xəbər verir ki, hökumət davamlı olaraq yeni təbliğat formatlarının axtarışındadır və bu işdə hətta riskli hesab oluna biləcək addımların atılmasından belə çəkinmir. Misal üçün Şuşa Forumu daha çox praktik məsələlərin və konkret metodların müzakirəsinə həsr olunsa da, ADA-da dünyanın beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə təşkil olunan ənənəvi konfranslarda aparılan müzakirələr isə daha çox akademik məzmunda olur. İstənilən halda artıq rəsmiləşdirilmiş “orta güc” statusunun ideoloji məzmunla doldurulmasının zamanıdır.

Politoloq Asif Adil

Previous Post

XİN rəhbəri Azərbaycanın “3+3”ün növbəti görüşünə ev sahibliyi etməyə hazır olduğunu bir daha təsdiqləyib

Next Post

Ceyhun Bayramov: Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Bənzər yazılar

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35

Ədalət, Hüquq, Demokratiya Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı Qərbi Azərbaycan Tv-də professor, filologoya elmlər doktoru Mahirə Nağıqızının müəllif olduğu “Ziyalı”...

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24 Oktyabr 2026 - 10:47

Azərbaycan Xarici İşlər Nazirliyi Birləşmiş Millətlər Təşkilatı (BMT) Günü ilə bağlı paylaşım edib. Nazirliyin “X” hesabında yayımlanan paylaşımda Azərbaycanın çoxtərəfliliyə,...

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08

23 oktyabr tarixində Rumıniyanın Konstansa limanından 13 dəniz mili məsafədə göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu “KHORYV” adlı xarici yük gəmisi dron...

Next Post
Ceyhun Bayramov: Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

Ceyhun Bayramov: Rusiya ilə birbaşa uçuşların bərpası planlaşdırılır

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib

II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi açıqlanıb, 16 nəfərin nəticələri ləğv edilib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

“Arzuxan bəy deputat olduğuna görə istintaqa təzyiq göstərilməməlidir” – Qüdrət Həsənquliyev

25 Oktyabr 2026 - 16:04
Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

Qubadlı azadlığın və quruculuğun yeni dövrünü yaşayır

25 Oktyabr 2026 - 12:03
İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

İlham Əliyev Kasım-Jomart Tokayevi təbrik edib

25 Oktyabr 2026 - 11:11
Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

Azərbaycanın bir sıra rayonlarına qar yağıb, güclü yağışlar davam edir – Faktiki hava

25 Oktyabr 2026 - 11:09
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər

25 Oktyabr 2026 - 11:07
Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

Barselonada iğtişaşlar zamanı 100-ə yaxın şəxs saxlanılıb

25 Oktyabr 2026 - 11:05
Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

Pərvin Şakirqızı ilə “Rəsmilərin mövqeyi”: Sülh, regional güc balansı, Ermənistanın planları və Azərbaycanın təhlükəsizliyi

25 Oktyabr 2026 - 00:49
Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

Çempionlar Liqası: “Judo Club 2012” növbəti mərhələdə

24 Oktyabr 2026 - 15:49
Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

Azərbaycan şahmatçıları Avropa Kubokunda 2 medal qazandılar

24 Oktyabr 2026 - 15:47
Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

Niyaməddin Orduxanlı: “Azərbaycanın əzəli torpaqları zorla erməniləşdirilib” – VİDEO

24 Oktyabr 2026 - 15:35
“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

“Yaşıl enerji dəhlizi”nə investisiyalar 22,1 mlrd. avro həcmində qiymətləndirilib

24 Oktyabr 2026 - 14:50
Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Sabah leysan olacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

24 Oktyabr 2026 - 14:48
ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07
İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

İnfantino və AFFA rəhbərliyi Hövsan Yarış Kompleksini ziyarət ediblər

24 Oktyabr 2026 - 13:43
Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

Səudiyyə Ərəbistanı husilərin atdığı iki ballistik raketi zərərsizləşdirib

24 Oktyabr 2026 - 13:34
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.