Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana hədiyyə edilən at xüsusi konteynerdə təyyarə ilə sahibinə çatacaq. Elchi.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban danışıb.
Onun sözlərinə görə, Aristokrat at artıq Ərdoğanın mülküdür, Türkiyə tərəfi onun qayğısına qalır. “Biz onun necə çatdırılacağını bilirik – onu konteynerə qoyacaqlar və o, təyyarə ilə uçacaq” – deyə o bildirib.
Qeyd edək ki, daha əvvəl xəbər verildiyi kimi, bunun müqabilində Viktor Orbana Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkələr arasında diplomatik münasibətlərin 100 illiyi şərəfinə hədiyyə olaraq “HU TR”-100 nömrəli qara rəngli türk istehsalı olan Togg elektrik avtomobili verilib.
Havar Şəfiyeva