Elchi.az xəbər verir ki, bu barədə OPEC qlobal neft hasilatının noyabrda əvvəlki ayla müqayisədə gündəlik 43 min barel artaraq təxminən 101 milyon 500 min barelə yüksəldiyini bildirdi.
Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq neft bazarı hesabatına görə, qrupun gündəlik xam neft hasilatı əvvəlki ayla müqayisədə 744 min barrel azalaraq 28 milyon 830 min barel olub.
OPEC-in qlobal neft hasilatındakı payı 28,4 faiz olaraq qeydə alınıb.
Bu dövrdə OPEK-də xam neft hasilatı ən çox Nigeriyada artıb. Xam neft hasilatının ən çox azaldığı ölkə Səudiyyə Ərəbistanı olub.
Şayəstə