“Son günlər Azərbaycan tərəfindən bu istiqamətdə ciddi və real addımların atılması Ermənilərin planlarınl bir qədər pozdu. Amma, hələ də ərazidə silahlı separatçıların olması təhlükə ehtimalını saxıayır”-bu sözləri Elchi.az-a açıqlamasında politoloq Amid Əliyev deyib.
O, eyni zamanda qeyd edib:”Ermənistanı bu məsələyə sövq edən ölkələr və tərəflər içərisində təbii ki, Qərb dpvlətləri də var. Lakin, bir məsələni də yaddan çıxarmaq olmaz ki, kollektiv Qərb xüsusilə də ABŞ və Aİ bu məsələnin məhz onların narrativləri əsasında sülhlə bitməsində olduqca maraqlıdırlar. Ən azından ona görə ki, Rusiyanı bölgədən sıxışdırıb çıxara bilsinlər.
Bütün bunlara rəğmən Azərbaycan bölgədə sülh və təhlükəsizliyin qorunması istiqamətində bütün addımları atmaqda davam edəcək. Bu işə mane olmaq istəyən tərəflər isə heç şübhəsiz Azərbaycanın prinsipial mövqeyi və diplomatik manevrləri ilə uzaqlaşdırılacaq”.
Havar Şəfiyeva