"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Ölkənin şirniyyat biznesində müdhiş fırıldaq

21 Dekabr 2015 - 10:40
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Ölkənin şirniyyat biznesində müdhiş fırıldaq Yerli konfetlər və peçenyelər xarici məhsul kimi istehlakçılara sırınır…

Yəqin ki, çoxlarınız mağazalara, xüsusən iri marketlərə girərkən piştaxtada yan-yana düzülmüş konfetləri Rusiya istehsalı konfeti zənn edərək almısınız. Bu cür yanılmağımıza səbəb isə Rusiya istehsalı olan konfetlərlə yerli istehsal olan konfetlərin eyni sırada düzülməsi, üstəlik kağızlarının, demək olar ki, eyni olmasıdır. 
Konfetlərin dizaynının və adının eyni olması alıcıları bir anlıq yanıldır. Evə gələrkən bunu bilsələr də, artıq gec olur. Satıcıdan Rusiya istehsalı olan konfetlərlə yerli istehsal konfetləri bizim üçün ayırd etməsini istədik. Satıcı bildirdi ki, bəzi yerli konfetlərin kağızının dizaynının Rusiya istehsalı olan konfetlərin kağızı ilə eyni olsa da, yerli konfetlərin üzərində Azərbaycan istehsalı olması qeyd edilib. 
Doğrudan da konfetin üzərində onun Azərbaycan istehsalı olması yazılıb. Ancaq bu, diqqət çəkməyən yerdə elə kiçik şriftlərlə yazılıb ki, onu oxumaq üçün ya super görmə gücünə sahib olmalı, ya da lupa ilə baxmalısınız. Bu cür halları çəki ilə satılan peçenyelərdə müşahidə etdik. Belə ki, üzərində “Moskva” yazılan peçenyelərin, həqiqətən də, orada istehsal edildiyini təsdiqləyəcək heç bir sənəd və ya məlumat göstərilməmişdi. Hətta elə peçenyelər var idi ki, onların üzərində heç nə yazılmamışdı və istehsal yeri bəlli deyildi.
 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bütün bunların istehlakçı üçün məlumat standartının bərbad vəziyyətdə olmasından irəli gəldiyini dedi: “Rusiya istehsalı adı altında peçenyelər, konfetlər satılır. Bu cür hallara süd məhsullarında da rast gəlinir. Məsələn, təkcə ”İvanovka” adı ilə 20 növ məhsul buraxılır.
Təəssüflər olsun ki, dövlət orqanları bu kimi vəziyyətləri düzəltmək istəmir. Biz dəfələrlə ictimai çıxışlar edərək bunları göstərmişik. Biz ictimai təşkilat olaraq öz borcumuzu yerinə yetirib ictimaiyyəti məlumatladırırıq. Lakin gərək dövlət orqanları bundan nəticə çıxarıb müəyyən işlər görsünlər. Çox təəssüflər olsun ki, heç bir iş görülmür. Bazarda bu cür konfetlər, peçenyelər və süd məhsulları hələ də satılır. Məsuliyyətdən yayınmaq üçün kiçik gözə görünməyən bir yerdə “Azərbaycan məhsulu” tipli bir şey yazırlar. Burada ciddi məsələlərdən biri budur ki, ölkədə istehlakçı üçün məlumat standartları yarıtmaz vəziyyətdədir. Bir çox ölkələrdə belə standartlar var. Azad İstehlakçılar Birliyi üç il bundan öncə məsələ qaldırdı və rus variantını dövlət orqanlarına təqdim etdi. Məndə olan məlumata görə guya Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehlakçılar üçün məlumat standartı yaradıb. Əgər yaradıbsa da tətbiqi pis vəziyyətdədir”.
 

 
Eyyub Hüseynov bu cür neqativ hallarla təkcə bu sahədə deyil, müxtəlif yerlərdə də rastlaşıldığını və istehlakçıların aldadılması prosesinin baş verdiyini dedi: “Təkcə bu məsələlər deyil, müxtəlif bank kreditlərinin verilməsi, mallar üzərindəki digər yazıların hamısına kiçik hərflərlə məlumat yazılır. Bunu oxumaq mümkün olmur. Bu standartlarda isə gərək bu şriftlər böyük olsun. Bir sözlə,  istehlakçılar üçün məlumat standartının yoxluğundan, varsa da onun lazımi səviyyədə tətbiqi çox pis vəziyyətdədir. Məsələn, bizə ”Pectolife” deyilən bir siropdan şikayət gəlib. Bu, sirop olduğu üçün Səhiyyə Nazirliyində qeydiyyata alınmır. Lakin Karantin Müfəttişliyində qeydiyyata alınır. Bunun öz istehsalçısı İtaliyadır. 150 milli litrlik bir şirə olsa da, çox baha qiymətə satılır. Bu siropun üzərinə yazılıb ki, 3 yaşından kiçik uşaqlara vermək olmaz. Lakin içliyində, yəni Azərbaycan dilinə tərcüməsində “0 yaşından vermək olar” yazılıb. Guya bunu tərcümə ediblər. Bu yanlışlıq insanların həyatını təhlükədə qoya bilər. Başqa sözlə, istehlakçı üçün məlumat standartları olmadığından, yaxud da buna nəzarətin yoxluğundan istehsalçı insanları bu cür aldadır. Qəzet vasitəsilə cəmiyyətə və dövlət orqanlarına bu barədə məlumat verdim. İndi görək bu məlumat əsasında müəyyən bir hərəkət olacaqmı? Mən əminəm ki, olmayacaq. Səbəbi isə odur ki, ölkədə istehlakçı hüquqlarının qorunması acınacaqlı vəziyyətdədir. Ölkə prezidentinin sahibkarlara yaratdığı bu mühüm şəraitdən, yəni oktyabr ayından başlayaraq yoxlamaların dayandırılması və sairə fürsətdən sahibkarlar eninə-uzununa istifadə edirlər. Düşünürəm ki, bu səbəblə də böyük epidemiyalar və xəstəliklər başlayacaq”.
Previous Post

Ölkənin şirniyyat biznesində müdhiş fırıldaq

Next Post

BAXCP hökumətə çağırış etdi

Bənzər yazılar

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29

Cəbrayıl rayonunun Şükürbəyli kəndində əmək yarmarkası keçiriləcək. Bu barədə  Elchi.az - a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində...

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13

Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib. Bu barədə Elchi.az-a Nazirlər Kabinetindən xəbər verilib. Baş nazir Əli Əsədovun rəhbərliyi ilə...

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

Qlobal neft tələbatının artım tempi gələn il sürətlənəcək – PROQNOZ

13 Oktyabr 2026 - 16:36

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb. Bu barədə Elchi.az OPEC-in...

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

OPEC Azərbaycanda gündəlik neft hasilatı üzrə göstəriciləri açıqlayıb

13 Oktyabr 2026 - 16:24

Bu ilin sentyar ayında Azərbaycanda orta hesabla gündəlik xam neft hasilatı 448 min barel səviyyəsində olub ki, bu da aylıq...

Next Post

BAXCP hökumətə çağırış etdi

`Dollarla krediti olanlara güzəşt edilə bilər`

Son xəbərlər

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

“MS Now”: Ağ Evin yeni mətbuat katibi ilk brifinqdən sonra işdən çıxarılmaqla hədələnib

13 Oktyabr 2026 - 23:56
SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

SEPAH: Hörmüzdən icazəsiz keçən neft tankerində yanğın baş verib

13 Oktyabr 2026 - 23:19
Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

Böyük Britaniyanın səfiri İran XİN-ə çağırılıb

13 Oktyabr 2026 - 22:55
Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.