Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.
Bu barədə Elchi.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 7 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 10 nəfər isə sağalıb. Sutka ərzində ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 830 367 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 819 670 nəfər müalicə olunaraq sağalıb, hazırda 500 aktiv xəstə var. Bu günə qədər 10 197 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 612, bu günə qədər isə ümumilikdə 7 569 059 test icra olunub.
Kənd yerlərində qaz limitləri artırılsın – Zahid Oruc
Azərbaycanda aqrar bölgələrdə kommunal tariflərin azaldılması və enerji istehlakı limitləri müəyyənləşdirilərkən iqlim fərqlərinin nəzərə alınması təklif edilib. Elchi.az xəbər verir...





















Son şərhlər