Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 39 yeni yoluxma faktı qeydə alınıb, 34 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Elchi.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 824 232 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 976 nəfər müalicə olunaraq sağalıb, hazırda 280 aktiv xəstə var. Bu günə qədər 9 976 nəfər vəfat edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 337, bu günə qədər isə ümumilikdə 7 370 771 test icra olunub.
Emin Əmrullayev Naxçıvanda müəllimlərlə görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 16-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın ümumi təhsil müəssisələrində çalışan bir...





















Son şərhlər