"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

“Ölkədə 100-ə yaxın gizli qumarxana var”

08 Mart 2016 - 08:50
in aktual-banner, Banner, MANŞET, XƏBƏR LENTİ
FacebookVatsap
“Zaman kazino məsələsində məni haqlı çıxaracaq”

 “Zaman kazino məsələsində məni haqlı çıxaracaq”Hacı İbrahim Nehrəmli: “Məmurların adlarını çəkməyə qorxanlar məni qərəzli şəkildə tənqid edirlər”

Bunu da oxuyun

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Deputat  Qüdrət Həsənquliyev Milli Məclisin sonuncu plenar iclasında  müzakirə olunan idman mərc oyunları ilə bağlı məsələyə münasibət bildirən zaman təklif edib ki, Azərbaycanda xarici turistlər üçün fəaliyyət göstərən kazinolar açılsın.
Deputat bildirib ki,  vaxtilə prezident Heydər Əliyev tərəfindən Azərbaycanda kazinolar ləğv ediləndə, bu addımı dəstəkləyib:
“Ancaq indi vəziyyət dəyişib. Bu gün qonşu Gürcüstanın Batumi bölgəsində kazinolar fəaliyyət göstərir və həmin kazinolar ölkə büdcəsinə gəlir gətirir. Kazinolar ölkə vətəndaşları üçün qadağan edilsə də, ancaq turistlər üçün açıqdır. Qardaş Türkiyədə də bu təcrübə var və ölkə xeyli gəlir götürür. Düşünürəm ki, Azərbaycanın da ayrı-ayrı turizm bölgələrində bunu həyata keçirmək olar. Yəni Azərbaycan vətəndaşları üçün kazinolar qadağan, əcnəbilər üçünsə açıq olarsa, bundan ölkə büdcəsi də xeyli qazanc əldə edə bilər”.
Deputatın bu sözlərindən  sonra “Avesta Concern”nin rəhbəri, tanınmış iş adamı Hacı İbrahim Nehrəmli publika.az saytına açıqlamasında səsləndirilən fikirləri dəstəkləyərək söyləyib ki, ona şərait yaradılarsa, kazino açıb ölkəyə milyardlar gətirər:
“Azərbaycanın əksər imkanlı şəxsləri istirahət üçün xaricə gedən zaman daha çox kazino olan ölkələri seçirlər. Onlar bununla məşğuliyyət tapırlar və kazinoklublarda oturub istirahət edirlər. Mən bunu neçə illərdir ki, müşahidə edirəm. Azərbaycanda kazinolar üçün ən əlverişli ”Xəzər adaları” şəhərciyidir. Şəhərin inşasına başlayanda da əsas məqsədim o olub ki, Azərbaycana gələn turistlərin sayı artsın. Bunun üçün də turizm mərkəzləri açmaq lazımdır. Turizmdən ən çox gəliri varlı turistlərin hesabına əldə etmək olur. Varlı turistlərin də ən sevdiyi məşğuliyyət kazinolardır. Əgər icazə verilərsə, mən “Xəzər adaları”nda dünya turistlərinin böyük marağına səbəb olacaq kazino aça bilərəm”.
Lakin Hacı İbrahimin söylədikləri ictimaiyyətdə birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə Hacı İbrahimin bu fikirlərini tənqid edənlər olub. Həmçinin iqtisadçı Vüqar Bayramov da Hacı İbrahimin fikirlərinə münasibət bildirərək sosial şəbəkədə yazıb ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristan dövlətində belə hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. İqtisadçı bildirib ki, kazinoların fəaliyyətinin bərpa edilməsi “çirkli pullar”ın yuyulmasına gətirib çıxara bilər:
“Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür.
Kazinoların fəaliyyətinin bərpa edilməsi “çirkli pullar”ın yuyulmasına gətirib çıxara bilər. Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahalı Azərbaycana gələcəyi ağlabatan deyil”.
Hacı İbrahim Nehrəmli ona ünvanlanan tənqid və qınaqlara cavab verib. O, “Yeni Müsavat”a bildirib ki, əslində onun söylədiyi məsələ başqadır:
“Açığı, cəmiyyətin səsləndirdiyim fikirlərə tənqidi yanaşacağını gözləyirdim. Ancaq hesab etmirdim ki, Azərbaycan gəncliyi bu məsələni belə qabardaraq, geniş formada müzakirəyə çıxarsın. Çünki fikirlərimi söyləyəndə nəzərdə tutmamışam ki, bu kazinolar Azərbaycan vətəndaşları üçün açılsın. Söyləmişəm ki, kazinolar açılsın və oradan ölkəyə gələn turistlər istifadə etsinlər. Bu da turistlərin sayının artırılması üçün lazımdır. İnsanlar deputatların fikirlərini yox, mənim söylədiklərimi tənqid etdilər. Görünür, bu, mənin səmimi insan olmağımla əlaqəlidir. Kazinolara bir neçə dəfə ona görə getmişəm ki, ümumiyyətlə, buranın nə olduğunu müşahidə edim. 1997-ci ildə xaricdə olarkən bir yoldaş mənə dedi ki, axşam kazino-kluba gedəcəyik. Mənim də onlarla getməyimi təklif etdi. Mən də bildirdim ki, kazinoda nə işim var? Buna çox pis baxdım. Dedi ki, gəl, ancaq oynamazsan. Lakin orada olduğum zaman gördüm ki, kazino əslində qumar deyil. Bu da bir mədəniyyətdir”.
Hacı İbrahim bildirib ki, onunla bağlı tənqidi fikir səsləndirənlər kazinonun nə olduğunu bilmirlər:
“Onların özləri heç vaxt kazinoda olmayıblar. Ona görə də kazino dedikdə qumar başa düşürlər. Yenə də nə yazırlarsa, sağ olsunlar. Hacı kimi nə kazinoda udmaq, nə də uduzmaq istəmərəm. Onu özümə haram bilirəm. Heç zaman qumar oynamamışam və bunun heç marağında da deyiləm.  ”Xəzər adaları”nda kazinonun açılması ilə bağlı fikrimə gəlincə isə bunu da xaricilər üçün nəzərdə tutmuşam. Xarici investor bildirir ki, Çin xalqını bura evlər almaq üçün gətirəcək. Şərti də budur ki, kazino olmasa, bura turist cəlb etmək çətin olar. Dünyanın bir çox ölkələrində kazinolar var”.
H. İbrahim bildirib ki, əslində ölkədə qumarın oynanıldığı yerlər başqadır: “Ən böyük qumar ”Topaz” və digər bu kimi futbol oyunlarına qoyulan pullardır. Onlara da icazə verilir. Kazinoya da dövlət istəsə icazə verəcək, istəməsə verməyəcək. Onsuz da ölkədə 100-ə yaxın gizli qumarxana yerləri var.  Nə qədər adam bu yerlərdə bədbəxt olur. Bəs onlardan nə üçün danışmırlar?! Bir var leqal ola, insanlar vergi verə, dövlət büdcəsi bundan qazana, bir də var ki, qeyri-qanuni.  Görünür, bəziləri çox bekar qalıb. Müzakirə etməyə mövzu tapmır. İqtisadçı Vüqar Bayramova gəlincə isə indi hərə özünü bir cür reklam edir də. Vüqar müəllimə çox böyük hörmətim var. O bildirir ki, hacı statuslu şəxs kazino açılması üçün məsləhət verməz. Ancaq mən demədim ki, hacılar gedib kazinoda oynasınlar. Ora mən iş adamı kimi getmişəm və söylədiyim fikirlər də iş adamı kimi şəxsi düşüncələrimdir”.
Hacı İbrahim deyib ki, bu mövzunun mətbuatda və sosial şəbəkələrdə müzakirə edilməsinin tərəfdarıdı:“Amma qərəzli şəkildə mənim üstümə gəlmələrini də normal saymıram. Görünür, bəziləri məmurların adlarını çəkməkdən, onları tənqid etməkdən qorxur. Ona görə də mənim üstümə gəlirlər. Canları sağ olsun. İnanıram ki, bu mövzuda zaman məni haqlı çıxaracaq”.
Onu da qeyd edək ki, Azərbaycanda kazinoların fəaliyyətini 1998-ci ildə mərhum prezident Heydər Əliyev qadağan edib. Lakin qonşu ölkələrdə bu məsələyə bizdəki kimi radikal yanaşma yoxdu. Misal üçün, Gürcüstanda çoxsaylı kazinolar fəaliyyət göstərir. Kazino fəaliyyəti məhdud formada olsa da, Ermənistanda, Belarusda, Rusiyada və Qazaxıstanda var. Həmçinin Qırğızıstan da bu biznesdən kənarda qalmaq istəmir və hökumət səviyyəsində tədbirlər görülməkdədir.
Previous Post

“Ölkədə 100-ə yaxın gizli qumarxana var”

Next Post

Azərbaycan vətəndaşlarına kütləvi deportasiya təhlükəsi…

Bənzər yazılar

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00

İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran rejimi çökmək üzrədir və onun devrilməsi yaxın gələcəkdə reallığa çevrilə bilər. Elchi.az...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

MEDİA: Qərb mediası Azərbaycana qarşı dezinformasiya kampaniyası aparır

03 Sentyabr 2026 - 20:46

Mənzil-qərargahı Polşada yerləşən "Nexta" kanalı tərəfindən 2026-cı il sentyabr 2-də Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi...

Next Post

Azərbaycan vətəndaşlarına kütləvi deportasiya təhlükəsi...

Azərbaycan vətəndaşlarına kütləvi deportasiya təhlükəsi...

Son xəbərlər

DYP sürücülərə xəbərdarlıq edib

DYP sürücülərə xəbərdarlıq edib

04 Sentyabr 2026 - 13:30
Bakıda bal yarmarkası keçiriləcək

Bakıda bal yarmarkası keçiriləcək

04 Sentyabr 2026 - 13:14
Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

Netanyahu: “İran rejiminin devrilməsi əlçatan məsafədədir”

04 Sentyabr 2026 - 13:00
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq

04 Sentyabr 2026 - 12:53
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb

ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb

04 Sentyabr 2026 - 12:45
Sabah 36 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq

04 Sentyabr 2026 - 12:23
Aİ səfiri: Azərbaycanla münasibətlərimizi dərinləşdiririk

Aİ səfiri: Azərbaycanla münasibətlərimizi dərinləşdiririk

04 Sentyabr 2026 - 12:09
DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

DİM-in imtahanlarında PISA tipli tapşırıqlar tətbiq edilə bilər

04 Sentyabr 2026 - 12:00
Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

04 Sentyabr 2026 - 11:51
Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

Uitkoff: Tramp Azərbaycan-Ermənistan münaqişəsini sülh modelinə çevirdi

04 Sentyabr 2026 - 11:43
Putin: Rusiya-Çin münasibətləri yüksələn xətlə inkişaf edir

Putin: Rusiya-Çin münasibətləri yüksələn xətlə inkişaf edir

04 Sentyabr 2026 - 11:36
Peskov: Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri işləyir

Peskov: Rusiyanın bütün hava hücumundan müdafiə sistemləri işləyir

04 Sentyabr 2026 - 11:27
Fransa 1900-cü ildən bəri ən isti yayı yaşadı

Fransa 1900-cü ildən bəri ən isti yayı yaşadı

04 Sentyabr 2026 - 11:14
Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb – VİDEO

Füzulidə yanacaqdoldurma məntəqəsinin istismarı dayandırılıb – VİDEO

04 Sentyabr 2026 - 11:05
Tramp ölkəyə qanunsuz immiqrantların girişinin qarşısını aldıqlarını müdafiə edir

Tramp: “İran iqtisadiyyatı çökür”

04 Sentyabr 2026 - 10:57
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.