Ekvadorda 27 yaşlı Bricit Qarsiya və onun köməkçisinin cəsədləri park edilmiş avtomobildə tapılıb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Elchi.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Ekvadorun ən gənc bələdiyyə sədri 27 yaşlı “Bricit Qarsiya” və onun müşaviri öldürülüb.
Qarsiya və köməkçisi Jairo Loorun cəsədləri park edilmiş avtomobildə tapılıb. Polis rəsmiləri qətllərlə bağlı istintaq başladıldığını açıqlayıb. Qarsiya və Loorun silahla öldürüldüyü bildirilib.
Qarsianın üzvü olduğu Vətəndaş İnqilabı Hərəkatı cinayətləri “sui-qəsd” kimi qiymətləndirib. Partiyanın qurucusu və keçmiş prezident Rafael Korrea, “Mən şokdayam və deyəcək bir şey tapa bilmirəm. Ekvadorda heç kim təhlükəsiz deyil” -deyə bildirib.
Son aylarda Ekvador prezidentliyinə namizəd Fernando Villavicencio da sui-qəsd nəticəsində öldürülüb. Prezidentliyə namizəd, korrupsiyaya qarşı mövqeyi ilə tanınan Fernando Villavicencio avqustun 9-da paytaxt Kitoda avtomobilinə minərkən başına üç dəfə atəş açan hücumçu tərəfindən öldürülüb.
Nuranə Məmmədova