Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları başa çatıb.
Azərbaycan yarışı 99 medalla bitirib və 4-cü pillədəki mövqeyini qoruyub.
İlk 3 sırada medal əyarında müvafiq olaraq, Türkiyə, Özbəkistan və İran qərarlaşıb.
İndiyədək ümumilikdə 56 ölkədən 44-ü medal qazana bilib.
Qeyd edək ki, Azərbaycan yığması medallarını 19 növdə – güləş (8 qızıl, 8 gümüş, 7 bürünc), bədii gimnastika (5 qızıl, 2 gümüş, 1 bürünc), cüdo (2 qızıl, 3 gümüş, 2 bürünc), aerobika (2 qızıl, 3 gümüş), qılıncoynatma (2 qızıl, 2 gümüş, 2 bürünc), taekvondo (1 qızıl, 2 gümüş, 2 bürünc), idman gimnastikası (1 qızıl, 2 gümüş, 1 bürünc), atletika (1 qızıl, 2 gümüş), kikboksinq (3 qızıl, 5 gümüş, 7 bürünc), üzgüçülük (1 qızıl, 1 gümüş, 1 bürünc), 3X3 basketbol (1 qızıl, 1 gümüş), stend atıcılığı (1 qızıl, 1 gümüş), ağırlıqqaldırma (1 gümüş, 3 bürünc), həndbol (1 gümüş), karate (1 qızıl, 2 gümüş, 3 bürünc), para-oxatma (2 bürünc), para-stolüstü tennis (1 bürünc), voleybol (1 bürünc) və futbolda (1 bürünc) əldə edib.
“Barselona”nın futbolçusu ilin sonuna kimi meydana çıxa bilməyəcək
“Barselona”nın futbolçusu Runi Bardqji ciddi zədə alıb. Elchi.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb. 20...





















Son şərhlər