"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ölkədə su qıtlığı niyə yaranıb? — AÇIQLAMA

01 İyul 2020 - 11:43
in CƏMİYYƏT
FacebookVatsap

“Ölkədə su qıtlığı yaranıb, bu yalnız ekoloji problem deyil, onun nəticəsində əhalinin xərcləri artır, ailə fermer təsərrüfatlarında əkin yerləri susuzluqdan yanır. Verilən məlumatlara görə, Neftçalada əhali bir maşın içməli su üçün 70 manat ödəyir. Ölkədə su probleminin yaranmasının müxtəlif səbəbləri vardır. Heç şübhəsiz ki, bunun ekosistemlə də əlaqələri vardır. İlkin qənaətim ondan ibarətdir ki, ölkədə su korrupsiyası və su resurslarından istifadə üzərində məmur inhisarçılığı problemin yaranmasında əhəmiyyətli rol oynayır”.

Bunu da oxuyun

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək


Pravda.az-ın xəbərinə görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib.


Q.İbadoğlu qeyd edib ki, su, melorasiya və irriqasiya təsərrüfatı sərmayə tutumlu sahədir, bu sahənin korrupsiya potensialı ənənəvi olaraq yüksəkdir: “Bu sektora neft gəlirlərindən 10 milyardlarla manat vəsait ayrılıb, fakiki xərcləmələr milyardlarla ifadə oluna bilər. Su korrupsyası sahəsində təsəvvürünüzü formalaşdırmaq üçün diqqətinizi ötən ilin büdcəsinə cəlb etmək istərdim. 2019-cu ilin büdcəsinin icra hesabatından aydın olur ki, ötən meliorativ işlərin yerinə yetirilməsinə, meliorasiya və su təsərrüfatı obyektlərinin, içməli su təminatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə 318,7 milyon manat vəsait xərclənib. Bununla yanaşı, Mingəçevir, Şəki və Şirvan şəhərlərində, Şəmkir, Salyan, Horadiz və Qax rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin layihələndirilməsi, tikintisi və başa çatdırılması, bu sahədə bir sıra layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və digər işlərin görülməsi üçün 395,1 milyon manat vəsait də “Azərsu” ASC-yə ayrılıb. Beləliklə də yalnız su təchizatı üçün ötən il büdcədən 713,8 milyon manat ayrılıb. Bundan əlavə ötən il xaricdən cəlb edilmiş kreditlər hesabına sərf edilmiş 985,3 milyon manat vəsaitin 935,5 milyon manatı infrastruktur təyinatlı layihələrinin, o sıradan da şəhər və rayonların su təchizatı və kanalizasiya sisteminin, həmçinin torpaq sahələrinin meliorativ vəziyyətinin və suvarma sistemlərinin qurulmasına xərclənib. Göründüyü kimi ötən il büdcə və xarici kreditlər hesabına bu sahəyə 1 milyard 649 milyon 300 min manat vəsait xərclənib. Buna baxmayaraq, 2019-cu ildə heç bir məmura bağlı olmayan müstəqil fermerlərin üzləşdikləri ən böyük problem suvarma suyu ilə təchizatdır. “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin yerlərdəki idarələri və Sudan İstifadəedənlər Birliyi fermerlərlə su təhcizatı müqaviləsi bağlamaqdan imtina edib. Ancaq məmurlara məxsus böyük təsərrüfatlarla əvvəlcədən müqavilə bağlanılaraq, ilk növbədə onların sahələrinin suvarma suyu ilə təmin olunması həyata keçirilir. Haqsız rəqabətdə uduzan fermerlər əlavə xərclər çəkərək (nasos, yanacaq, elektrik və sair) öz tarlalarını suvarmağa çalışırlar. Bu hal əsasən su hövzələrindən hündürdə yerləşən əkin sahələri üçün xarakterikdir. Ancaq əlavə xərc çəkməklə tarlanı suvarmaq da hər fermer üçün əlçatan deyil, çünki su hövzələrinin yerləşməsi bu məsələdə əsas rol oynayır. Çaylarda suyun səviyyəsinin kəskin şəkildə düşməsi 2020-ci ilin ilk aylarından qeydə alınıb. Bu da ilk növbədə həmin çaylardan (Araz, Kür) iri məmur təsərrüfatlarına çəkilən qol kanallarla bağlıdır. 2020-ci ildə suvarma suyunun çatışmazlığı ilə bağlı çoxlu faktlar var. Məhsulun becərilməsi dövründə su çatışmazlığının ciddi şəkildə özünü büruzə verəcəyi gözlənilirdi, amma digər sahələrdə oluduğu kimi burda da hökumət vaxtında tədbirlər görmədi, ona görə də hazırda su təchizatı problemi pik həddə çatıb və bu içməli suya da təsir etməkdədir. Çünki, Kürün deltasına 20-25 km yaxın məsafəyədək çayda su şoranlaşıb, heç nəyə yaramır. Suvarma suyunun qıtlığının yaranması kənd təsərrüfatınqa aqro parkların yaranması ilə bu sahənin tamamilə inhisara alınması ilə əlaqədardır. Son mövsümdə bölgələrdə məmurların himayə etdiyi böyük təsərrüfatların yaradılması prosesi müşahidə olundu. Bu təsərrüfatların yaradılması kiçik pay torpaqlarının, indiyədək qışlaqların, yataqların və maldarlıq fermalarının yerləşdiyi örüş və otlaq təyinatlı böyük sahələrin ələ keçirilməsi, bələdiyyə və dövlət torpaqlarının uzun müddətə icarəyə götürülməsi hesabına mümkün olub. Belə təsərrüfatların suvarma suyu ilə təchiz edilməsi məqsədilə həmin ərazilərə dövlət büdcəsi vəsaiti hesabına Araz və Kür çaylarından kiçik kanalların çəkilməsi də həyata keçirilib. 2018-ci ilin oktyabrında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Araz çayından ayrılmış qolun – yeni beton kanalın açılışı həyata keçirilib. Kanalın çəkilməsinə büdcədən 80 milyon manat vəsait ayrılıb. Beton kanal 53 min hektar əkin sahəsinin suvarma suyu ilə bağlı tələbatını ödəyir. Əkin sahələrinin 26 min hektarı Saatlı rayonunun,16 min hektara yaxını İmişli rayonunun, 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Qeyd edək ki, dövlət hesabına suvarma suyu təchiz edilmiş sahələr 2019-cu ilədək qışlaq və fermaların yerləşdiyi otlaq və örüş torpaqları olub, hazırda isə bir neçə məmura məxsus olan təsərrüfatları suvarma suyu ilə təchiz etmək üçündür. Mənbəyi Kür və Araz çaylarından olan məmurlar məxsus aqro parkların suya olan təchizatını təmin edən həmin kanallara görə bu gün su qıtlığı yaranıb. Bu da məmur biznesinin ölkəyə vurduğu növbəti zərbədir. Bu dəfə dəyən zərər yalnız heç bir məmura bağlı olmayan müstəqil fermerlərin və ailə təsərrüfatlarının suvarma suyunun qıtlığından yaranan itkiləri ilə ölçülur, həm də ekoloji fəlakətlə ifadə olunur. Belə ki, məmur biznesini qidalandıran suvarma kanallarının çəkilməsi qrunt sularının yerdəyişməsi, torpağın müxtəlif qatlarının struktur dəyişikliyi və şöranlaşması, ekosistemin pozulması, bölgənin fauna və florasına risklərin yaranması kimi ciddi fəsadlara malikdir. Məsul orqanlar isə ağızlarına su alıb susurlar. Çünki, onlar məmur inhisarçılığından çəkinib gerçəkliyi deməyə qorxurlar”.

Previous Post

Ölkədə su qıtlığı niyə yaranıb? — AÇIQLAMA

Next Post

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

Bənzər yazılar

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44

Ev şəraitində hazırlanan konserv məhsullarının təhlükəsizliyi xammalın düzgün seçilməsi, sanitariya-gigiyena qaydalarına və texnoloji tələblərə əməl olunması, kifayət qədər istilik emalı...

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

29 Sentyabr 2026 - 16:37

Oktyabrın 5-də “Daha təhsilli gələcək” devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçiriləcək. Bu barədə Elchi.az-a Elm və Təhsil...

Sabah yağıntılar kəsiləcək

Sabah yağıntılar kəsiləcək

29 Sentyabr 2026 - 16:17

Bu gecə Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah səhər isə yağıntılar kəsiləcək. Oktyabrın 1-də...

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

29 Sentyabr 2026 - 15:16

Azərbaycan Hava Yolları (AZAL) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa...

Next Post
XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

XİN: Ermənistana yaxşı bəllidir ki, Qarabağ xalqı adlı anlayış mövcud deyil

Son xəbərlər

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Sahibə Qafarova: Azərbaycan-Slovakiya münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

29 Sentyabr 2026 - 19:07
“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

“Sumqayıt” amerikalı basketbolçunu heyətinə cəlb etdi

29 Sentyabr 2026 - 18:48
Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim etdi

29 Sentyabr 2026 - 18:37
Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib – YENİLƏNİB

29 Sentyabr 2026 - 18:29
Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

Fransada terror aktı hazırlamaqda şübhəli bilinən yeniyetmə saxlanılıb

29 Sentyabr 2026 - 18:20
Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

Kamran Əliyev Moskvada Rusiya Ali Məhkəməsinin sədri ilə görüşüb

29 Sentyabr 2026 - 17:58
İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

İstanbulda borca görə saxlanılan İran təyyarəsi azad edilib

29 Sentyabr 2026 - 17:46
ABŞ aviadaşıyıcısı oktyabrın 5-də Pxuketə gələcək

ABŞ aviadaşıyıcısı oktyabrın 5-də Pxuketə gələcək

29 Sentyabr 2026 - 17:40
İran generalı: ABŞ əsgərini əsir alan qadınlara ikiqat mükafat veriləcək

İran generalı: ABŞ əsgərini əsir alan qadınlara ikiqat mükafat veriləcək

29 Sentyabr 2026 - 17:34
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

29 Sentyabr 2026 - 17:27
“Sabah” “Qarabağ”ı “Dalğa Arena”da qəbul edəcək

“Sabah” “Qarabağ”ı “Dalğa Arena”da qəbul edəcək

29 Sentyabr 2026 - 17:15
Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

Hindistan şirkəti Azərbaycanda 117,7 milyon dollarlıq layihə həyata keçirəcək

29 Sentyabr 2026 - 17:08
Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

Moskvadan Londona nüvə xəbərdarlığı: “Kalininqrada zərbə cavabsız qalmayacaq”

29 Sentyabr 2026 - 16:56
AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

29 Sentyabr 2026 - 16:44
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

29 Sentyabr 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.