Ohanyanın Azərbaycana ürəyi yanır?..

🗓 14.10.2014 22:35 ✍️ "Elçi" qəzeti
Ohanyanın Azərbaycana ürəyi yanır?..
Ermənistan müdafiə naziri Seyran Oyanhan Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfərinə img1654680münasibət bildirib.
ANS PRESS-in məlumatına görə, nazir Azərbaycanla Rusiyanın hərbi sahədə əməkdaşlığının daha dərinləşməsinin normal olduğunu və Rusiyanın Ermənistanla da əməkdaşlıq etdiyini bildirib.
"Xəzər dənizi ətrafı kifayət qədər çətin regiondur. Xəzəryanı ölkələr bir-birləri ilə əməkdaşlıq etməlidir. Biz bu əməkdaşlığa normal baxırıq. Əməkdaşlıq bu regionda təhlükəsizliklə bağlı problemləri aradan qaldıracaq", deyə Ohanyan bıldirib.
Qeyd edək ki, Rusiya müdafiə naziri Sergey Şoyqu oktyabrın 13-də Azərbaycana səfər etmişdi. Səfər çərçivəsində iki ölkənin müdafiə nazirləri Əməkdaşlıq Planını imzalamışdı.
 

Bənzər yazılar