"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home HADİSƏ

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir qətlin TARİXÇƏSİ

16 Fevral 2022 - 00:15
in HADİSƏ
FacebookVatsap

CİNAYƏT İŞİ

Bunu da oxuyun

İsmayıllıda ev və köməkçi tikili yanıb

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Qısa arayış…
 
2021-ci il fevralın 13-də Balaxanı qəsəbəsi, Şəfqət küçəsi, 85-də yerləşən evin həyətində üzərində zorakılıq əlamətləri ilə 1971-ci il təvəllüdlü Cavanşir Şükürovun meyitinin aşkar edilməsi barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Aparılmış araşdırmalarla 2000-ci il təvəllüdlü Cahangir Şükürlünün ailə münaqişəsi zəminində atasına bıçaqla çoxsaylı xəsarətlər yetirib, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində o, bir neçə saatdan sonra Ziya Bünyadov prospektində saxlanılaraq, istintaqa təhvil verilib.

Hadisədən dərhal sonra Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Cavanşir Şükürovun meyitində 42 ədəd yara aşkar edilib. Həmçinin onun qanında 3,22 faiz qatılığında etil spirti aşkar edilib ki, bu miqdar canlı şəxslərdə ağır dərəcəli sərxoşluq kimi qiymətləndirilib.
 
Lent.az həmin cinayət hadisəsinin istintaq materiallarını əldə edib

Qətl olan ev
 
İstintaqla müəyyən edilib ki, Cahangir Şükürlü, əvvəllər ailə münaqişəsi zəminində aralarında baş vermiş mübahisələrə görə atası Cavahşir Şükürovu öldürmək qərarına gəlib. Fevralın 13-ü saat 21 radələrində yaşadıqları evin qarşısındakı dəmir boruda gizlətdiyi bıçağı götürərək, həyətin qapısını döyüb. Qapını açan atasının üzərinə hücum edib, bədəninin müxtəlif nahiyələrinə ardıcıl çoxsaylı zərbələr vuraraq, onu xüsusi amansızlıqla qəsdən öldürüb.
 
Atasını öldürən Cahangir istintaqa hansı sirləri açdı?
 
“Bacıma qarşı əxlaqsızlıq edib”

 
İş üzrə dindirilmiş Cahangir Şükürlü bildirib ki, Ağsu rayonunun, Qaraqaşlı kəndində anadan olub. Ailədə 4 övladdırlar:
 
“İki bacım və bir qardaşım var. 3-cü sinfə qədər kənd orta məktəbində oxumuşam, sonra isə 5-ci sinfə qədər təhsilimi Bakıda yerləşən 215 saylı orta məktəbdə davam etdirmişəm. Uşaqlıq illərindən etibarən atam Cavanşir Şükürov mütəmadi spirtli içki qəbul edib, ailə üzvlərimi incidib, anamı döyüb. Bu səbəbdən anam çıxıb nənəmin evinə gedib, atam fürsətdən istifadə edib azyaşlı bacılarımdan birinə qarşı əxlaqsız hərəkət edib. Bu barədə Ağsu rayon Polis Şöbəsinə müraciət etsək də, sonradan şikayət ərizəmizi geri götürdük. Təxminən 10 il əvvəl atam yol-nəqliyyat hadisəsi törədib, qəza vaxtı bir sərnişin ölüb. Atamın barəsində cinayət işi başlanılıb, məhkəmənin hökmü ilə o, müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub. Bu hadisələrdən sonra təhsilimi yarımçıq qoyaraq işləməyə başladım. Bakıda yerləşən yerləşən şadlıq saraylarında operator köməkçisi kimi çalışırdım. Həmin ərəfədə biz Sabunçu qəsəbəsinə, nənəmin yaşadığı evə köçdük.  Azadlığa çıxdıqdan sonra anam onu bağışlayıb. Atam Qaraçuxur qəsəbəsində kirayə ev tutub. Qaraçuxurda yaşadığımız müddətdə atam köhnə vərdişlərindən əl çəkməyərək mütəmadi spirtli içki içərək, bizə əl qaldırıb. 2020-ci ilin may ayında Ağsu rayonundakı baba evimizi satıb, əldə etdiyimiz pula Balaxanı qəsəbəsində ev almışdıq. Atam Cavanşir hər xırda məsələyə görə evdə mübahisə yaradıb, təhqiredici sözlər işlədib, bizi evdən qovub. Atamın illərlə bizə qarşı etdiyi hərəkətlərindən artıq yorulub, onu cəzalandırmaq istədim. Əxlaqsız hərəkətləri yadıma düşdüyü üçün, ona nifrət edirdim.

Qətl olan ev
 
Hadisədən 20 gün əvvəl Balaxanı qəsəbəsində yerləşən mağazadan mətbəx bıçağı alaraq, evimizin yanında, dalandakı borunun içərisində gizlətmişdim. Evdə atam ilə üz-üzə gələndə, hiddətlənirdim. Fevralın 10-da atam içkili vəziyyətdə evdə qardaşım Cavidanla mübahisə edib, daha sonra bizi evdən qovmaq məqsədi polisə zəng vurub. Növbəti 3 gün nənəmin evində qaldıq. Artıq dözə bilmədiyimi düşünərək, qərara gəldim ki, atama layiqincə cavab verməliyəm. Ayın 13-ü saat 20 radələrində Sabunçu qəsəbəsindən Balaxanı qəsəbəsinə gəlib, borudan bıçağı götürərək, qapının zəngini basdım. Bir neçə saniyədən sonra atam qapını açaraq çölə çıxdı, onun sərxoş olmasını hiss etdim. Darvazanın yanında, sağ əlimdə saxladığım bıçağla boynuna ilk zərbəni vurdum. Onun sözlərinə məhəl qoymayaraq, ardıcıl, başına, boynuna və bədənini digər nahiyələrinə xəsarətlər yetirməkdə davam etdim”.

Cavanşir Şükürovun meyiti
 
Təxminən 5-6 zərbədən sonra atası Cavanşir Şükürov huşunu itirərək yerə yıxılıb. Cahangir onun öldüyünü görüb hadisə yerindən uzaqlaşıb. Balaxanı qəbiristanlığında bıçağı qəbirlərdən birinin arxasında, torpaqda gizlədib. Sabunçuya qayıtdıqda, nənəsi artıq hadisədən xəbəri olduğunu və polisə təslim olmağını deyib. Əl-üzünü yuyaraq Xırdalan şəhərinə, bacısının evinə gedib. Bacısına hadisəni danışandan sonra qərara gəliblər ki, 12-ci Polis Şöbəsinə getsinlər. Cahangir Şükürlü qeyd edib ki, hadisə vaxtı ətrafda heç kəs olmayıb. O, xəsarət yetirərkən atası müqavimət göstərməyib və köməyə heç kimi çağırmayıb.

Cahangir Şükürov

Zərərçəkmiş şəxsin hüquqi varisi Mehman Şükürov ifadəsində göstərib ki, qardaşı Cavanşir spirtli içki aludəçisi olub:
 
“Ailə üzvlərimin qardaşımgilə get-gəlişləri az olub, bacardıqca onunla ünsiyyət saxlamamışıq. Qardaşım illərlə arvadına, uşaqlarına əzab-əziyyət verərək, onları döyürdü. Ümumiyyətlə, Cavanşir aqressiv xasiyyətə malik olub. 
Qardaşım oğlunu qınamıram, bütün günahlar qardaşımdadır. Cahangir xasiyyətcə sakit, təmkinli və tərbiyəli oğlandır. Baş vermiş hadisənin səbəbi – Cavanşirin bütün ailə üzvlərini bezdirməsi, onlara əzab-əziyyət və zülm verməsi olub”.

Cahangirin barmaq izləri
 
Cavanşir Şükürov spirtli içki aludəçisi olandan sonra həyatları kabusa dönüb…
 
“Gəlinimizi söyüb onu evdən qovmaq istəyirdi”

 
Cavanşir Şükürovun həyat yoldaşı, şahid Yaqut Şükürova bildirib ki, Cavanşirlə 1992-ci ildə ailə qurub, nikahdan 4 övladları dünyaya gəlib. Y. Şükürova özü Neft Emalı zavodunda xadimə işləyir:
 
“Cahangir və Cavidan operator köməkçiləri işləsələr də, sərt karantin rejimi ilə əlaqədar işsiz qalmışdılar. Buna görə ataları ilə birlikdə usta və fəhlə kimi çalışırdılar. Ərim spirtli içki aludəçisinə çevrildikdən sonra, ailəmizdə münaqişələr yaranmağa başlamışdı. Cavanşir məni və övladlarımı döyərək, təhqir edir və ailə üzvlərimizə qarşı əxlaqsız hərəkətlərə yol verirdi. Ailəm dağılmasın deyə, boşanmadım. 2020-ci ilin yayında Balaxanı qəsəbəsində ev aldıqdan sonra, ərim, gəlinim və iki oğlumla birlikdə ora köçdük. Cavanşir yenə də pis əməllərindən əl çəkməyərək, sərxoş vəziyyətdə bizimlə ilə pis rəftar edirdi. Oğlum Cahangir elədiklərinə görə atasını öldürmək istədiyini, qeyrət onu boğduğunu deyirdi. Amma onun sözlərini o qədərdə ciddiyə almırdıq. Çünki Cahangir uşaq idi. Hadisədən təxminən 3-4 ay əvvəl ərim söyüş söydüyünə görə oğlum onunla dalaşdı. Mətbəxdən bıçaq götürüb, Cahangirin üzərinə hücum edib, lakin evdəydik deyə buna imkan vermədik. Cavanşirlə Cahangirin münasibəti həmişə pis olub, ərim onu bir övlad kimi qəbul etmək istəmirdi. 2021-ci il fevralın 9-da ya 10-da işdən işdən evə qayıdanda Cavanşirin evdə olmadığını görüb, artıq spirtli içki içdiyini və çölə çıxdığını düşündüm. Belə ki, yoldaşım içki içməyə başladıqda evdə dayana bilmədim. Onun arxasınca, evimizin yaxınlığındakı kafeyə gedib geri qayıtmasını dedim. Birgə evə gələrkən Cavanşir məni təhqir etməyə başladı. Evə gələndən sonra Cavanşir oğlum Cavidana zəng vuraraq onu söyüb və niyə işə gəlmədiyini bildirib. Gəlinimizi söyərək, onu evdən qovacağını demişdi. Bir müddətdən sonra Cavidan evə girib, atası ilə dalaşdı. Biz də müdaxilə edərək, bir təhər onları ayırdıq. 10-15 dəqiqə sonra oğlum Cahangir də evə gəldi. Uşaqlarım hamısı Cavanşirin davranışından bezdiyini deyərək, nənələrinin evinə köçməyə qərar verdilər. Fevralın 13-də ərim Cavidana zəng edib qayıtmalarını tələb edib. Bundan bir saat sonra yoldaşım ev telefonuna zəng etdi. Dəstəyi oğlum Cahangir götürüb. Cavanşir oğlumu söyəndə Cahangir “həmin ifadələri həqiqətən də ona deyib-demediyini soruşub”. Sonra oğlum otağa keçərək, uzanıb və telefonunda oyun oynamağa başlayıb. Təxminən saat 20 radələrində Cahangir bizdən xəbərsiz evdən çıxıb. Yarım saatdan sonra küçəyə gedən Cavidan geri qayıdaraq, mənə Cavanşirin öldüyünü dedi. Evimizə çatanda, orada polis və prokurorluq əməkdaşlarını gördük. Hadisə yerində oğlumun çoxsaylı bıçaq zərəbələri ilə atasını qətlə yetirdiyini öyrəndim”.

Cavanşir Şükürov
 
Şahid Aysu Mustafayeva istintaqa ifadəsində göstərib ki, fevralın 13-də anası zəng vuraraq, atası Cavanşirin bıçaqlandığını xəbər verib. Yarım saatdan sonra Balaxanı qəsəbəsinə getməyə hazırlaşarkən, evin qarşısında qardaşı Cahangirlə rastlaşıb və hadisənin onun tərəfindən törədildiyini anlayıb. Cahangir onu görməyə gəldiyini və sonra polisə gedib, təslim olacağını bildirib. Taksiyə əyləşib, yolda olarkən polis əməkdaşı ona zəng edib, harda olduqlarını soruşub. Aysu da, qardaşı ilə birlikdə 12-ci şöbəyə gediblər. Ziya Bünyadov prospektində polis əməkdaşları onların avtomobili saxlayaraq, Cahangiri düşürərək, özləri ilə aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Cahangir Şükürlü 14 il müddətinə azadlıqdan məhrum olunub.

Previous Post

Oğul atasını 42 bıçaq zərbəsi ilə öldürdü: “Bacıma qarşı əxlaqsızlıq…” – Bir qətlin TARİXÇƏSİ

Next Post

Avtobusda qadının bahalı telefonunu əlindən aldılar – ANBAAN VİDEO

Bənzər yazılar

İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50

İsmayıllı rayonunun Mican kəndində yanğın hadisəsi baş verib. Elchi.az xəbər verir ki, kənd sakininə məxsus ümumi sahəsi 150 kvadratmetr olan...

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaqlar xilas edildi

10 Oktyabr 2026 - 10:16

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı müraciətlər...

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

Ceyranbatan qəsəbəsində yaşayış binasında yanğın baş verib

09 Oktyabr 2026 - 17:48

Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən...

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

Bu il 9 velosipedçi yol qəzasında ölüb, 8 nəfər xəsarət alıb

09 Oktyabr 2026 - 14:44

"Velosipedçilər yol hərəkətinin müdafiəsiz iştirakçılarıdır və velosipeddə sürücünü qəza zamanı qoruya biləcək konstruktiv təhlükəsizlik elementləri olmadığından, toqquşmalar onlar üçün ağır...

Next Post
Avtobusda qadının bahalı telefonunu əlindən aldılar – ANBAAN VİDEO

Avtobusda qadının bahalı telefonunu əlindən aldılar - ANBAAN VİDEO

Avtobusda qadının bahalı telefonunu əlindən aldılar – ANBAAN VİDEO

Avtobusda qadının bahalı telefonunu əlindən aldılar - ANBAAN VİDEO

Son xəbərlər

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

Azərbaycanın sülh, həmrəylik və əməkdaşlıq çağırışları

10 Oktyabr 2026 - 19:47
Azərbaycanın cüdo nümayəndələri təltif edildi

Azərbaycanın cüdo nümayəndələri təltif edildi

10 Oktyabr 2026 - 17:54
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər

10 Oktyabr 2026 - 17:19
İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

İlham Əliyev: Azərbaycanlılar və çeçenlər əsrlər boyu dostluq şəraitində yaşayıblar

10 Oktyabr 2026 - 16:28
Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

Prezident İlham Əliyev və Ramzan Kadırov “Bakı Ağ Şəhər”də olublar

10 Oktyabr 2026 - 16:14
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul edib

10 Oktyabr 2026 - 15:48
DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

DSMF vətəndaşların pensiya kapitallarında dəyişikliklərin baş verməsinin səbəbini açıqlayıb

10 Oktyabr 2026 - 15:20
Şahbaz Şərif İlham Əliyevə zəng edib

Şahbaz Şərif İlham Əliyevə zəng edib

10 Oktyabr 2026 - 14:01
İsmayıllıda ev və köməkçi tikili yanıb

İsmayıllıda ev və köməkçi tikili yanıb

10 Oktyabr 2026 - 13:50
EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

EYBA-nın payız konfransının iştirakçıları konsert proqramında iştirak ediblər – FOTO

10 Oktyabr 2026 - 13:30
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

10 Oktyabr 2026 - 13:11
Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

Madina Kaisinova dünya çempionatında mübarizəni dayandırdı

10 Oktyabr 2026 - 13:00
Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 - 12:49
NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

NATO-dan Putinin kəskin xəbərdarlığına cavab: Kalininqradı blokadaya almayacağıq

10 Oktyabr 2026 - 12:21
Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

Camal Qamzatxanov dünya çempionatına qələbə ilə başladı

10 Oktyabr 2026 - 12:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.