"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Öcalanın Demirtaşla 2013-cü ildəki görüşünün sensasion stenoqramı yayıldı – Öcalan Ərdoğanın devriləcəyini açıqlayır, Demirtaş PKK liderinə “başqanım” deyir…

04 Fevral 2016 - 19:15
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

Türkiyə  mətbuatında  HDP-nin İmralı heyəti ilə  PKK-lideri  Abdullah Öcalan arasındakı danışıqların mətni dərc olunub. 
Avropa.info xəbər verir ki, danışıqlar zamanı Abdullah Öcalanın HDP liderlərini kəskin şəkildə tənqid etdiyi üzə çıxıb. Bundan başqa HDP lideri Demirtaşın PKK terrorçusuna “başqanım” deyə müraciət etməsi də üzə çıxıb.
HDP-nin İmralı heyəti və Abdullah Öcalan arasında 2013-ci ildə İmralıda baş tutmuş danışıqlarla bağlı qeydlərin mühüm hissələrini sizə təqdim edirik:
Səlahəddin Dəmirtaş: Rojavada Azad Suriya Ordusundan ayrılan Nüsrət Cəbhəsi hücuma keçib. Xüsusilə Sərəkani bölgəsi və ətrafındakı kəndlərdə şiddətli qarşıdurmalar yaşanır. Türk mətbuatına görə,bu gün səhər saatlarında Nüsrət Cəbhəsi üç minə yaxın döyüşçü ilə yenidən bir hücuma başlayıb.
Öcalan: Əgər sayları həqiqətən üç mindirsə, bu qorxuludur. Bəşir Atalay və Davutoglu ilə müzakirə edin. Burada bir oyunun olduğunu deyin. Dünəndən bəri bunlara izah etməyə çalışıram. Hörmətli Ərdoğan bilməli ki, bunlar kürd probleminin həlli prosesini hədəfləyir. Dövlət rəsmiləri ilə də bunu müzakirə edirik. Səudiyyənin bunlara maddi yardım etdiyini deyirlər. Amma bilməlidirlər ki, bunlar Türkiyəni hədəfləyir. Suriya təcrübəm var, yaxşı bilirəm.
Heyətə də söylədim. Mursinin devrilməsi Ərdoğanın devrilməsidir. Mursiyə “Səni devirəcəklər dedik, adam hələ də gülürdü” dedi. Mən də Menderes hadisəsini xatırlatdım. Ərdoğanda da Menderes sindromu var. Onu da Mursi kimi devirəcəklər. Amma o bunu ciddi qəbul etmir. PYD-nin muxtariyyət haqda açıqlamalarını müzakirə edirlər. Orada onsuz da iki ildir həqiqətən muxtariyyət yoxdurmu? Başladığından bu yana muxtariyyət var. Dəyişən bir şey yoxdur. Mursi necə getdisə Suriya vasitəsilə bunun eynisini edərlər. Davudoglu bizə qarşı açıqlama verməkdənsə, bu olanları doğru anlamalıdır.
Guya ki, PKK-nı maliyyə baxımdan Avropada çökdürəcəklər. Onsuz da bunu edə bilməyəcəklər. Əsl hədəf PKK- Türkiyə arasında olan kürd probleminin həlli prosesidir.
Bəşir Bəyə də izah edin. Bunun bir provokasiya olduğunu deyin. Diqqətli olun.  Bunu MASAK (Maliyyə Cinayətlərini Araşdırma İdarəsi) qanunlarına əsaslanaraq edirlər. Licedəki narkotik əməliyyatları da elədir. On ildir niyə etmirsiniz? Onsuz da polis idarəsinin yanında bu işlər görülür. 90 %-i də əsgərlərin cibinə gedir. Tansu Çillərin dövründə də Yüksekovadan bu ticarəti edib büdcəyə iyirmi milyard dollar əlavə etmişdilər. Müharibəni buradan maliyyələşdirirdilər. Bəşir bəyə başa salın ki, narkotik məsələsi yalandır. Bizdə bu şeylər qadağandır onsuz da. Maliyyə baxımından bizi çökdürmək də mümkün deyil.
Mən burada dövlətlə görüşmüşəm. Siyasi danışıqlar da sizinlə olur. Bəlkə lazım olsa həftəlik danışıqlar belə edə bilərsiniz.
Bəşir Bəyə söyləyin, “Öcalan həqiqətən sizi qorumaq istəyir” deyin, yoxsa sizi də Mursiyə çevirəcəklər. PYD-nin hücum provokasiyaları bundan ibarətdir.
PKK-nın axırına çıxacağıq deyə mütəmadi olaraq bunları həvəsləndirirlər. Bu bəzi alimlərin işidir. Ərdoğanın da ətrafını mühasirəyə alıblar. Keçmişdə mənimlə görüşən əsgərləri də belə aldadıb sonra Ergenekon şübhəsi ilə içəri aldılar. Hərçənd ki, aralarında JİTEM (Jandarmeriya Kəşfiyyat və Terrorla Mübarizə İdarəsi) üzvləri də, cinayət törətmiş olanlar da var. Bunların məqsədləri kürd-türk qarşıdurması yaratmaqdır.
Öcalan: AKP gecikdirməyi xoşlayır. Mənim artıq buna dözümüm yoxdur. Dövlət də buna tab gətirə bilməz. Bunlar elə də çox müzakirəyə ehtiyacı olan məsələlər deyil. Novruz bildirişlərində də dövrün ruhundan danışmışam. Oradakı təkliflərin bəziləri onların təşəbbüsü idi. Mən də təsdiqləmişdim. Yəni müştərək qərar idi.
Pərvin Buldan: Aysel Tuğlukun bir istəyi vardı. Dəclə hadisələrinə münasibət bildirərkən onu tənqid etmişiniz. “Onun siyasəti beş qəpiyə dəyməz” demişiniz. Özünü düzəltmək istəyir, “harada səhv etdim” deyə soruşur.
Öcalan: O sözü o zaman üçün söyləmişdim. Başına qaz balonu düşsəydi nə olardı? İkinci bir Səkinə hadisəsini yaşamaq istəmirik. O sözü hər kəs üçün söylədim. Hər kəs diqqət etməlidir.
Öcalan: İndi yazın, mühümdür. 15 oktyabr yeni bir başlanğıcdır. “Paralel dövlət”ə təslim olmayacağıq. Dövlətlə görüşməyə davam edəcəm. “Paralel dövlət” KCK əməliyyatlarını həyata keçirmişdi. Onları MİT etməmişdi. Onlar çox güclüdürlər. Baş nazir öz qərargah rəisini də həbs olunmaqdan xilas edə bilmədi. Mən PKK müharibəsindən çəkinirəm. Mən “paralel dövlət”in müharibəsinin qarşısını almaq istəyirəm. Bəşir bəyə də başa salın. İraqdakı, Suriyada baş verənlər vəkalət savaşıdır. Mən qorumaq istəyirəm, amma bir qanun belə çıxara bilmirlər.
“Paralel dövlət”, AKP rəhbərliyi və KCK rəhbərliyi var. Əgər kürd probleminin həlli prosesindən bir nəticə əldə olunmazsa bu üç rəhbərlik arasında qarşıdurma riski artar. Bunları Bəşir bəyə başa salın. O BDP ilə edilməsini istəyirdi.
AKP hökuməti tək tərəfli həll prosesini istifadə etməyə davam edərsə, KCK da tək tərəfli bunu edəcək. Bəşir bəyə deyin ki, “Nə qədər əlimizi cəld tutsaq, o qədər də qarşıdurma riskini azalar”. Bir həftə ərzində dərin müzakirəyə başlamaq lazımdı.
Sizə də (Demirtaşa) qərargah demişdim, xətrinizə dəyməsin.
Dəmirtaş: Əstağfurullah başqanım.  Sizin tənqidləriniz qiymətlidir.
Öcalan: Mən özümü də belə tənqid edirəm. Səhv başa düşülməsin, sosioloji yaşla bioloji yaş eyni olmaya bilər.
(Dövlət rəsmilərinə) Mən sadə bir kəndli adam kimi görünə bilərəm. Amma ölsəm belə əvəzolunmaz bir rəhbər deyiləm. Elə buna görə də ilk yüzlükdəyəm.
Siz mümkün olduqca televiziyaya çıxın. Pərvin xanım da çıxsın.
Dövlətə də güvənməyin. Dövlət nədir? Mən dövləti inşa edirəm. Kürdləri də dövlətə inşa edirəm. Dövləti kürdləşdirib kürdləri də dövlətləşdirirəm. Bu on dənə saxta kürd dövlətindən daha yaxşı bir şeydir. Amma bunun üçün özünüzü hazırlayın.
Previous Post

Öcalanın Demirtaşla 2013-cü ildəki görüşünün sensasion stenoqramı yayıldı – Öcalan Ərdoğanın devriləcəyini açıqlayır, Demirtaş PKK liderinə “başqanım” deyir…

Next Post

Ən qədim mumiya Azərbaycanda tapıldı – Foto

Bənzər yazılar

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Naxçıvanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

12 Avqust 2026 - 16:35

Əsrarəngiz təbiəti, qədim dövlətçilik ənənələri və zəngin tarixi ilə seçilən Azərbaycan torpağı Naxçıvana Prezident İlham Əliyevin və birinci xanım Mehriban...

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

Ermənistan Kəlbəcər istiqamətində yeni yol çəkir

12 Avqust 2026 - 14:28

Ermənistanda dövlət büdcəsinin vəsaiti hesabına Kəlbəcərlə sərhədə yaxın ərazidən keçən M-10 avtomobil yolunun 9 kilometrlik hissəsinin yenidən qurulmasına başlanılıb. Elchi.az...

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

4 icra hakimiyyətinə 9 milyon manat ayrıldı

12 Avqust 2026 - 13:14

Naxçıvan, Şərur, Culfa və Ordubad şəhərlərində 45 istilik qazanxanasının əsaslı təmiri üçün müvafiq şəhər (rayon) icra hakimiyyətlərinə 9 milyon manat...

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

Ağdamda Mərkəzi parkın tikintisi davam etdirilir

11 Avqust 2026 - 14:52

İşğaldan azad edilmiş Ağdam şəhərində yeni ictimai və istirahət məkanlarının yaradılması istiqamətində layihələr həyata keçirilir. Elchi.az-ın məlumatına görə, şəhərdə inşa...

Next Post

Ən qədim mumiya Azərbaycanda tapıldı – Foto

Ən qədim mumiya Azərbaycanda tapıldı – Foto

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.