ABŞ prezidenti Barak Obama rusiyalı müxalifətçi Boris Nemtsovun qətli ilə bağlı açıqlama yayıb.
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumat “korrespondent” saytında yer alıb.
Ağ Evin sahibi bildirib ki, Boris Nemtsov öz ölkəsinin yorulmaz müdafiəçisi idi:“Mən onun Rusiyada hökm sürən korrupsiya ilə bağlı mübarizəsinə heyran qalmışdım. O, öz ideyalarını daim Rusiya vətəndaşları ilə bölüşürdü. Bu haqda biz Moskvada 2009-cu ildə görüşəndə də danışdıq. Mən rus xalqına və Boris Yefimoviçin ailəsinə başsağlığı verirəm. Rusiya özünün ən qorxmaz oğullarından birini itirdi”.
Qeyd edək ki, Boris Nemtsov ötən gecə Moskvanın mərkəzində naməlum şəxs tərəfindən qətlə yetirilib.
Ukrayna prezidenti Petro Poroşenkonun müşaviri vəzifəsində çalışan Mixail Saakaşvili Nemtsovun qətlindən sonra CNN telekanalına canlı olaraq müsahibə verib.
O, dostu Nemtsovun ölümündən təəssüfləndiyini bildirib, Rusiya prezidenti Vladimir Putini isə sərt tənqid edib.