AcunMedya tərəfindən təşkil olunan, Türkiyənin TV8 kanalında yayımlanan və Türkiyə əhalisinin səsverməsi nəticəsində qalibi müəyyən olunan “O SES TÜRKİYE” yarışmasının qalibi Azərbaycan təmsilçisi Elnur Hüseynov oldu. Ebru Gündeşin komandasinda finala qədər yüksələn Elnur finalda Gökhanın komandasinin təmsilçisi Kaya Aslantepe ilə qarşılaşdı və Türk xalqının seçimi nəticəsində yarışmanın qalibi oldu.