O, "Cim-Bom"u hər şeydən üstün tutdu

🗓 26.07.2014 18:47 ✍️ "Elçi" qəzeti

Hollandiyanın və "Qalatasaray"ın ulduz futbolçusu Uesli Sneyderin gələcək taleyi haqqında qərar4920005_r verildi.  Hafta.az xəbər verir ki, belə ki, Xames Rodrigesin "Real"a keçməsindən sonra "Monako" klubu Sneyderi onun yerinə gətirməyə çalışırdı. Ancaq futbolçunun meneceri Quido Albers bütün bu təkliflərin üstündən xətt çəkərək Sneyderin Türkiyədə xoşbəxt olduğunu bildirdi: "Sneyder karyerasının sonuna kimi burada qalmaq istəyir. Hələ "Qalatasaray"la iki illik müqaviləsi var. Həm də biz rəhbərliklə yeni danışıqlara başlamışıq və ən azı Sneyder daha 5 il bu klubda qalacaq".

Hafta.az

Bənzər yazılar