Ötən əsrdə bəşəriyyətin üzərindən asılmış nüvə apokalipsisinin kölgəsi yenidən qayıdıb.
Elchi.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
Dünya təşkilatının rəhbərinin sözlərinə görə, “bəzi liderlər müntəzəm olaraq nüvə cəhənnəmini işə salmağa hazır olduqlarına eyham vururlar”.
“Bu, dünyanın açıq şəkildə pisləməli olduğu hədsiz bir təhlükədir” -deyib.
Bundan əlavə, Quterreş Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə öhdəliklər də daxil olmaqla, tərksilah üzrə bütün öhdəliklərin yerinə yetirilməsinə, həmçinin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin qüvvəyə minməsinə çağırışını təkrarlayıb.
Nuranə Məmmədova