Eyni zamanda, ABŞ və NATO-nun kursu dəyişərsə, onu məhdudlaşdırmaq olar.
Elchi.az xəbər verir ki, Belarusda yerləşdirilmiş Rusiyanın nüvə silahları orada qeyri-müəyyən müddətə qalacaq, bu sözləri TASS-a istinadən Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə ikinci departamentinin direktoru Aleksey Polişçuk deyib.
O vurğulayıb ki, NATO və ABŞ-ın kursu Moskva və Minskin suverenliyinə xələl gətirmək üçün dəyişərsə, bu, məhdudlaşdırıla bilər.
“Əlbəttə, bizim belə bir addımımızdan əvvəl Avropadakı müvafiq infrastrukturun ləğvi ilə Amerikanın bütün nüvə silahlarının ABŞ-a tam çıxarılması lazımdır”, – Polişçuk bildirib.
O, həmçinin vurğulayıb ki, Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarı Qərbin Ukraynaya yardımına cavab, eləcə də Rusiyanın təhlükəsizlik təminatı məsələsində şərtlərini qəbul etmək istəməməsidir.
Şayəstə Hüseynova