Norveçin hakimiyyət orqanları Rusiya səfirliyinin 15 əməkdaşını arzuolunmaz şəxs elan edib.
Elchi.az xəbər verir ki, bu barədə Norveç Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanata əsasən, səfirliyin 15 əməkdaşı diplomatik pərdə altında krallıqda kəşfiyyat fəaliyyəti həyata keçirib. Onlardan Norveç ərazisini mümkün qədər tez tərk etmələri tələb olunub.
XİN-dən onu da bildiriblər ki, Norveç hakimiyyəti Rusiyanın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən ruslara viza verməyəcək.
Qətərin Baş naziri Əl Sani: Netanyahu müharibə cinayətkarıdır
Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Sani İsrailin Baş naziri Binyamin Netanyahunun "müharibə cinayətkarı" olduğunu...




















Son şərhlər