"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Niyə azərbaycanlılar dini mətnləri ana dilində oxumur?

20 Avqust 2022 - 12:30
in CƏMİYYƏT
FacebookVatsap


İlahi, hansı dildə yalvarım sənə?
Bir dua yetər, yoxsa sənə də
ağız açmaq gərəkdir dönə-dönə?(Vaqif Səmədoğlu)

Bunu da oxuyun

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Elə müzakirələr var ki Azərbaycanda heç zaman qapanmır, sadəcə müvəqqəti olaraq rəfə qaldırılır. Babamın babasının vaxtında da əlifba, dil islahatı, ümumtürk esperantosu, islam protestantizmi kimi bəhslər dəbdə idi, 1990-cı illərdə də, bu günlər də. Hərdən ayağımızın altına kətili qoyub rəfə qaldırılan mövzuların götürüb tozunu çırpır yenidən dövriyyəyə buraxırıq. Bəzən zərurət olmadan, elə- belə, muşqulat(məşğuliyyət, baş qatmaq) üçün. Videoşantaj söhbətlərinin hamını yorduğunu nəzərə alıb bir müddət əvvəl diqqətdə olan bu mövzulardan birinə qayıtmaq qərarına gəldim.Hərçənd qeydlərim ilk müzakirə vaxtı edilsə də, dostlarla polemikanın əks tərəfində olmaq istəmədiyimdən açıqlamağa tərəddüd etmişdim.
Beləliklə, əbədi mövzulardan birini-namaz hansı dildə qılınması mövzusunu müzakirə edirik.

Birinci yaranan sual.Doğrudanmı, başqa dinlərdə bütün xalqlar ayinləri öz dillərində icra edirlər?
Yəhudiikdə. Musanın zamanında qəbul edilmiş liturgiya dili indiyədək qorunur. Baxmayaraq ki, o dildən daha çox ruhani silkinin istifadə etdiyi peşə arqosunu xatırladırdı. Çünki miladdan qabaq 2-ci əsrdən ta 19-cu əsrin sonlarınadək canlı ünsiyyət dili kimi istifadə edilməyib, dil bərpa ediləndə bəlli olmuşdu ki, leksikonunda cəmi 2500-ə qədər söz var. Bu, təxminən 2-3 yaşlı uşağın nitqinə ekvivalentdir. Musəviliyi qəbul etmiş efiop icması(falaşlar) da, tatar-noğaylar da(karaylar), çoxdan almanlaşmış aşkenazilər də ibadəti öz dillərində etmirdilər, məbəddə onları yalnız bir dillə birləşirdi. Və o dil (və ya sosiolekt-religiolekt) sayəsində vahid xalq oldular.
Buddizmdə. İlk yarandığı zaman istifadə edilmiş liturgiya dili-pali indi də istifadə olunur. O dil miladın ilk illərindən sıradan çıxıb, amma ayin dili kimi qalır. Amma buddizmin yeni cərəyanları yarananda bəzi yerli dillər də sakral mətnlərin yazılması və ayin icrası üçün istifadə ediliib. Buddizmi Çin vasitəsilə qəbul edən ölkələr (Koreya, Vyetnam, Yaponiya) indi də pali ilə yanaşı venmindən(qədim çin dili) istifadə edir. Koreya və yapon dillərində az qala bütün dini və elmi terminlər venmindən götürmədir və bu, kimdəsə kompleks yaratmır.
Xristianlıqda iş daha qəlizdir. Həm ibri (Əhdi- Ətiqin dili) , həm arami(Ədhi- Ətiqin bəzi mətnlərinin və Əhdi- Cədidin orijinal dili), həm klassik latın və klassik yunan(Əhdi- Cədidin ilk tərcümələrinin dili) dilləri liturgiya dili kimi qorunur. Katoliklər daha çox latın, ortodokslar daha çox klassik yunan, ənənəvi Şərq kilsələri isə kəldani-siryani, geez, qibti və s. dillərdən istifadə edirlər. Avtokefal kilsələr yerli dillərdən də istifadə edir(gürcü, rumin, alban və s.) . Belə çoxdillilik Əhdi- Cədiddə “Həvarilərin əməlləri” bölümündə bəhs olunan hədislə bağlıdır. Hədisdə iddia olunur ki, Məsih ölümünün 50-ci günü dirilib, ruhu məzarı ziyarətə gəlmiş ardıcıllarının üzərinə nüzul edərək onlara müxtəlif dillərdə danışmaq qabiliyyəti əta edibmiş. İndiki xristian ədəbiyyatı bunu “qlossaliya” adlandırır. Elmdə buna bənzər psixoloji hal- adamların bilmədiyi dillərdə danışmasına “ksenoqlossiya” deyilir. Belə “çoxdillilik vəhyinin” məqsədi aramidilli mühitdən dışlanan yeni təlimi digər dillərdə danışan Roma təbəələri arasında yaymaq idi. Qəribə deyil ki, xristianlığı qəbul edən xalqlar üçün Finikiya(Şərq kilsələri), latın(kaltolik), yunan(ortodoks kilsələr) əlifbaları zəminində yaranmış çoxsaylı yazı sistemlərinin demək olar ki, heç birinin yaradıcısı öz mənsubları deyil, gəlmə missionerlər idi. Eməni və gürcülər üçün kilsə və əlifba qurucusu siryanilər(assuriyalılar), slavyanlar üçün bizanslı emissarlar, əvvəl Avropanın, sonra da müstəmləkə ərazilərinin xalqları üçün romalılar, ingilislər, almanlar və fransızlar olub. Vəhşi xalqların əlifba əldə etməsi ilk vaxtlar üçün müsbət hal idi. Amma bu zaman da yanlışlardan qaçılmayıb. Balkanların, Elba sahillərinin, daha sonra isə Urala qədər torpaqların bütün balt, slavyan, kelt, illiriyalı, hətta türk(avar və bulqar), daha sonra isə fin-uqor xalqları üçün bizanslılar morav slavyanlarının dilində yaratdığı əlifba və mətnlərdən istifadə edirdilər. Avropalı missionerlər bütün Okeanaziya və Cənub-Şərqi Asiya xalqları ilə ünsiyyət üçün malay, Afrikanın yüzlərlə dil, 10-larla dil ailəsinə bölünmüş xalqları ilə ünsiyyət üçün suahili dilindən yararlanırdılar.
Qriqorian hay da, boşa(Hindistan əsillil) da, qıpçaq da, tat-parsivan da, udin də qrabarı ayin dili kimi istifadəyə məcbur idi. Hərçənd 19-cu əsrdə onu ədəbi dilə çevirmək istəyəndə bəlli olmuşdu ki, çox kasad söz ehtiyatı var, erməni deyilən icma isə folklor nümunələrini belə türk-Azərbaycan dilində yaradır.
Gürcü kilsəsi avtokefallıq əldə edəndən iber-kartli xalqlarından birinin- kartvellərin dili ayin dili kimi qəbul edilib. Daha sonra bu dil ümumi ədəbi dil kimi istifadə olundu. Amma məsələn, 2000-ci illərin əvəvlərində protestant missionerlərin Bibliyanı meqrel və svan dillərinə tərcümə etməsi Gürcü Kilsəsi tərəfindən dərhal qınanmış, “gürcü millətini parçalama” cəhdi kimi lənətlənmişdi.
Müqəddəs mətnləri oxumaq üçün Qərb ölkələrinin bir çoxunda orta məktəbdə məcburi latın və ya yunan dill dərsləri(bəzən hər ikisi ) var. Üstəlik, ruhani təhsili alanlar əlavə arami, ibri dillərini, din tarixi ilə məşğul olanlar isə hətta qibti və kəldani dillərini, apokrafik mətnlərin yazıldığı çoxsaylı dil və dialektləri də öyrənməyə məcbur olur.
Bir sözlə, xristian qlossaliyası(çoxdililiyi) xalqlara, icmalara seçici münasibət bəsləyib, bütöv xalqların, dillərin tarixdən silinməsinə təkan verib. Üstəlik, ilkin tərcümə mətnləri sakral sayıldığından ədəbi dillərin inkişafına da mane olub. Rus ədəbiyyatı tarixindən Lomonosovdan ta Puşkinə qədər ədiblərin rus dilini erkən orta əsrlərin kilsə-slavyan mətnlərinin təsirindən qurtarmaq üçün necə mübarizə apardığını bilirsiz. Kilsə dilinin mühafizəkarlığı bəzən ifrat dərəcədə dözülməz, ironik olur. Kilsə-slvayan dini mətnlərində “azmış”, “yolundan sapmış” mənasında “zabludivshiy” yox, o kökdən olan və bu gün ifrat vulqarizm sayılan “bl…” sözündən istifadə olunur və s.
Kəsəsi, “digər dinlərin nümayəndələri öz dillərində ayin icra edir” fikri səhv və həqiqətdən çox –çox uzaqdır.

İkinci sual. Niyə azərbaycanlılar dini mətnləri ana dilində oxumur, ayinləri ana dilində əda etmirlər?

Hələ Qaraxani(ümumtürk dövrü) və Bayandırlı(ümumoğuz dövrü) saraylarında tərcümə edilmiş Quran oxunduğu haqda məlumatlar var. 20-ci əsrin əvvəllərindən üzü bəri isə Quranın bir neçə məal-tərcüməsi çap olunub. Məscidlərdə xütbə və dini məclislərin idarə olunması hər zaman ana dilində aparılıb. Azərbaycan dilinin xüsusən 16-cı əsrdən sonra geniş arealda yayılma səbəblərindən biri də ayin dili kimi istifadəsi olub.
Sırf namaza gəlincə, ibadət fərdi olduğundan kiminsə Tanrı ilə hansı dildə danışması başqasını qayğılandırmır. Söhbət camaat namazlarının qılınması zamanı vahid dildən istifadədən gedirsə, bu, ümmətin vahidliyini qorumaq üçün gərəklidir. Nəhayət, liturgiya dili kimi yalnız Azərbaycan dilindən istifadə təklif olunursa, onda məsələn, hapıt ya saxur dilində danışan vətəndaşı, ya rusdilli azərbaycanlını hansı qanunla buna məcbur edəcəyik?
Belə sərt türkləşdirmə tələbləri 50-ci illərə qədər Türkiyədə tətbiq edildi, nəticəsi nə oldu? Bəzi iddialara görə, “şapka qanunu” və türkcə namaz məcburiyyətinə etiraz əlamət olaraq Türkiyəni tərk edənlər yüz minlərlə olmuşdu, nəzərə alın ki, ozaman Türkiyə əhalisinin sayı 13 milyon civarında idi. “Allahu əkbər”i bir təhər “Ey Ulu Tanrı” ilə əvəz edirdilər, amma “La ilahə illə-llah” əvəzinə “Yoktur tapacak, Çeleptir ancak” nidası xüsusən Şərqi Anadolu əhalisi arasında qəribə qulaq assosiasiyası yaradırdı. Fars dilindən alınma və o bölgələrdə mənası yaxşı anlaşılan “cələb” sözü ilə həmahəng olduğu üçün.

Və Türkiyədə ilk azad seçkidəcə o qərarı qəbul edən partiya iqtidardan salındı. O qərarı ləğv edən menderesçi xətt isə indiyədək keçirilmiş bütün azad seçkilərdə qalib olub və bəzən kamalizmin həqiqətən də misilsiz pozitiv olan addımlarını da təhdid edir. İfrat sekulyarizm, sərt tələblər olmasaydı, menderesçi xətt 70 ilə yaxın müddətdə bu qədər ciddi sosial baza da əldə edə bilməzdi.

… O şeirin sonunda mərhum şair Tanrıya rusca yalvarırdı- “Pomoqi , Qospodi, pomoqi”. Çünki deyirdi ki, bildiyi digər dildən yer də, göy də xəbərsizdir…

Previous Post

Niyə azərbaycanlılar dini mətnləri ana dilində oxumur?

Next Post

Bənzər yazılar

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33

Son dövrlərdə ölkə hüdudlarından kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar şəbəkələr tərəfindən süni intellekt texnologiyalarının imkanlarından faydalanmaqla yeni və təkmilləşdirilmiş kiberhücumların...

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən mediada yayılan məlumat əsasında fiziki şəxs Musayev Rövşən Vahid oğluna məxsus Bakı şəhəri, Xətai rayonu,...

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Next Post

Bakıda 30, bölgələrdə 33 dərəcə isti olacaq

Bazar günü hava necə olacaq?

Son xəbərlər

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.