"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Niyaz Niftiyevin məhkəməsində ilginc açıqlamalar

01 İyun 2021 - 15:00
in XƏBƏR LENTİ
FacebookVatsap

Dünən tanınmış jurnalist, Binəqədi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və onunla bərabər ittiham irəli sürülmüş bələdiyyənin keçmiş sədri Mətanət Nəsibova, həmçinin keçmiş şöbə müdiri Sahib Abışovun məhkəmə prosesi keçirilib.

Bunu da oxuyun

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

Elchi.az Bakupost.az-a istinadən xəbər verir ki, məhkəmə prosesində Mətanət Nəsibovanın ifadəsi dinlənilib.

M.Nəsibova bildirib ki, o, 2020-ci ilin yanvarından aprel ayına kimi Binəqədi qəsəbə Bələdiyyəsinin sədri vəzifəsini icra edib, həmin müddət ərzində Niyaz Niftiyev onun müavini, Sahib Abışov isə vergilər şöbəsinin müdiri olub.

O qeyd edib ki, pandemiya dövründə bələdiyyə ərazisində fəaliyyət göstərən sahibkarlar arayış almaq üçün bələdiyyəyə müraciət ediblər və müvafiq şöbə tərəfindən araşdırıldıqdan sonra həmin sahibkarlara arayışlar təqdim olunub:

“Arayışlar verilməzdən əvvəl onların torpaq və başqa vergilərin ödənilməsi tələb olunub. Əgər həmin sahibkarın hər-hansı bir borcu varsa, əvvəlcə o ödənilirdi. Ödənişlə bağlı qəbz alınırdı və həmin qəbz hazırlanan arayışın arxasına tikilib, mənə təqdim olunurdu. Mən baxıb, imzalayıb, möhürləyirdim”.

Məlumat üçün bildirək ki, ittiham olunan şəxslər pandemiya vaxtında ayrı-ayrı şəxslərə saxta arayışlar verməkdə ittiham olunurlar.

Məhkəmədə M.Nəsibovaya hakim və vəkillər tərəfindən suallar ünvanlanıb.

Əsas diqqət çəkən məqamlardan biri o olub ki, cinayət əməli kimi təqdim olunan arayışlarla bağlı sualı M.Nəsibova, “İllər ərzində daim o tipli arayışlar açıq şəkildə verilib”, – deyə cavablandırıb. Yəni vətəndaşın, sahibkarın fəaliyyətini təsdiq edən arayışlar daim olub.

Sahibkarların müraciəti əsasında pandemiya dövründə də həmin adamlara arayış təqdim olunub ki, onlar sərbəst şəkildə fəaliyyətlərini davam etdirə bilsinlər.

Keçmiş sədr onun əvəzinə Niyaz Niftiyevin və ya başqa səlahiyyətli şəxslərin imza atması ilə bağlı hansısa informasiyasının olub-olmaması ilə bağlı suala “yox” cavabını verib.

Bildirib ki, o, bələdiyyədə olmadığı müddətdə onun əvəzindən kiminsə arayışlara imza çəkməsi ilə bağlı onda heç bir məlumat olmayıb.

M.Nəsibova əlavə edib ki, onun rüşvət maddəsi ilə ittiham olunması absurddur:

“Bələdiyyə sədri ümumiyyətlə, vətəndaşın üzünü görmür. Onlardan vergi, pul müvafiq şöbədə alınır və işi sadəcə təqdim olunan arayışa imza atmaqdır”.

“Arayış verilən şəxsin doğurdan da həmin ərazidə fəaliyyət göstərib-göstərməməsinin necə müəyyənləşdirirsiniz” sualına isə belə cavab verib:

“Bildiyiniz kimi, Binəqədi ərazisində sakinlərin çoxunun rəsmi qeydiyyatı yoxdur. Ona görə də şəxsin orada yaşayıb-yaşamamasının şəxsiyyət vəsiqəsi ilə təsdiq edilməsi mümkün deyil. Bizim vergi müfəttişlərimiz hamını tanıyır. Bundan başqa, arayış istəyən şəxsi müvafiq şöbə araşdırır və Bizə bildirilir ki, doğurdan da həmin adam qəsəbə ərazisində fəaliyyət göstərir. Biz də bu təqdimat əsasında həmin arayışa imza atırdıq”.

Niyaz Niftiyev ilə bağlı suala M.Nəsibova çox müsbət cavab verib. Onun rüşvət alması, qanunsuz əməllər etməsi ilə bağlı heç bir məlumatının olmadığını bildirib.

Suallar veriləndən sonra hakim bildirib ki, artıq vaxt yoxdur, növbəti proseslər var və yenidən məhkəmə təxirə salınıb.

Buna etiraz edilib. Xahiş olunub ki, tez bir zamanda işə baxılsın. Heç olmasa Niyaz Niftiyev dindirilsin, onun ifadəsi eşidilsin və növbəti proseslər davam etdirilsin.

Hakim isə hazırda vaxtının olmadığını bildirib. Daha sonra həm Niyaz Niftiyevin, həm də qarşı tərəfin vəkili hakimdən heç olmasa 1 il 2 aydan çoxdur ki, həbsdə saxlanılan şəxsin ev dustaqlığına buraxılmağını xahiş ediblər.

Hakim deyib ki, Niyaz Niftiyevin ev dustaqlığına buraxılması məsələsi də növbəti məhkəmə proseslərində müzakirə oluna bilər.

Beləliklə, məhkəmə təxirə salınıb və 14 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, N. Niftiyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülüb.

Sonradan bu maddələr dəyişdirilib, prokurorluqda ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Previous Post

Niyaz Niftiyevin məhkəməsində ilginc açıqlamalar

Next Post

Uşaqlar Günü münasibətilə muzey yaradıldı – FOTO – VİDEO

Bənzər yazılar

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54

ABŞ Prezidenti Donald Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib, bu mərhələdə münaqişəyə son qoymaq üçün kütləvi hücumların bərpa olunub-olunmaması...

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12

Türkiyə və Azərbaycanın "Birlik Gücü-2026" təliminə hazırlıqlar başa çatdırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi "X"də...

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54

İsveçdə hərbi təlim poliqonunda baş verən partlayış nəticəsində hərbçilər də daxil olmaqla yeddi nəfər yaralanıb. Elchi.az -ın "Sveriges Radio"ya istinadən...

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52

ABŞ əvvəllər Almaniya tərəfindən alınmış və dəyəri 29,6 milyon dollar olan "Patriot" hava hücumundan müdafiə sistemləri üçün əlavə 10 ədəd...

Next Post
Uşaqlar Günü münasibətilə muzey yaradıldı – FOTO – VİDEO

Uşaqlar Günü münasibətilə muzey yaradıldı - FOTO - VİDEO

Uşaqlar Günü münasibətilə muzey yaradıldı – FOTO – VİDEO

Uşaqlar Günü münasibətilə muzey yaradıldı - FOTO - VİDEO

Son xəbərlər

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib

17 Sentyabr 2026 - 23:54
Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

Türkiyə və Azərbaycanın “Birlik Gücü-2026” təliminə hazırlıqları başa çatıb

17 Sentyabr 2026 - 23:12
İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

İsveçdə hərbi poliqonda partlayış nəticəsində yeddi nəfər yaralanıb

17 Sentyabr 2026 - 22:54
ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

ABŞ Ukraynaya “Patriot” üçün 10 ədəd raket verməyə hazırdır

17 Sentyabr 2026 - 22:52
Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

Paşinyan TRIPP layihəsinin reallaşması ilə bağlı iclas keçirib

17 Sentyabr 2026 - 22:46
Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

Sabah Bakının bir sıra ərazilərində işıq olmayacaq

17 Sentyabr 2026 - 22:44
Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

Rusiya və Çin BMT TŞ-də ABŞ-nin İranla bağlı təşəbbüsünə veto qoyub

17 Sentyabr 2026 - 21:24
Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

Bu ölkənin baş naziri Ukraynaya səfər edəcək

17 Sentyabr 2026 - 21:21
Ölkəmizdə bu ərazidə zəlzələ olub

Ölkəmizdə bu ərazidə zəlzələ olub

17 Sentyabr 2026 - 21:19
Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

Litva 2030-cu ilədək ümumi hərbi çağırışa keçmək niyyətindədir

17 Sentyabr 2026 - 21:17
AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

AHİK könüllüləri Prezident Kitabxanasını ziyarət ediblər

17 Sentyabr 2026 - 20:35
Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

Azərbaycan və Estoniya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib

17 Sentyabr 2026 - 20:33
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclasında iştirak edib

17 Sentyabr 2026 - 19:26
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub – YENİLƏNİB – FOTO

17 Sentyabr 2026 - 19:17
Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

Səudiyyə HHK-nin bombardmanı nəticəsində yeniyetmələr həlak olub

17 Sentyabr 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.