Nigeriyanın Zamfara əyalətində silahlıların hücumu nəticəsində 34 nəfər həlak olub.
Elchi.az xəbər verir ki, Milli medianın məlumatına görə, Zamfara əyalətinin yerli təhlükəsizlik rəsmisi İsmail Maqaji verdiyi açıqlamada silahlı şəxslərin əyalətin Dan Qulbi bölgəsində silahlı hücum təşkil etdiyini bildirib.
Maqaji hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.
Zamfara əyaləti 5 ildir silahlı dəstələrin hücumları ilə üzləşir.
Nuranə Məmmədova