Nigeriyanın şimal-şərqindəki Borno əyalətində bir yola qoyulmuş mina partlayışı nəticəsində doqquz əsgər həyatını itirib.
Elchi.az-ın məlumatına görə, Nigeriya ordusu bildirib ki, Borno əyalətindəki Maiduguri-Gubio magistral yoluna qoyulmuş mina hərbi nəqliyyat vasitəsinin keçdiyi zaman partlayıb.
Bəyanatda partlayış nəticəsində doqquz əsgərin öldüyü, çox sayda əsgərin isə yaralandığı qeyd olunub.
Partlayışa görə məsuliyyəti hələlik heç kim öz üzərinə götürməyib, lakin Boko Haram və İSWAP terror qruplaşmalarının Bornoda tez-tez hücumlar həyata keçirdiyi məlumdur.
2000-ci illərin əvvəllərindən Nigeriyada fəaliyyət göstərən Boko Haram, 2009-cu ildən bəri on minlərlə insanın ölümünə səbəb olan kütləvi zorakılıq aktlarına görə məsuliyyət daşıyır.
Təşkilat 2015-ci ildən bəri ölkənin sərhəd ölkələri olan Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib.
Məryəm





















