Nigerdə üsyançılar fransız hərbçilərinin milli qvardiyaya hücum etdiyini bildiriblər.
Elchi.az bu barədə Mk.ru-ya istinadən bildirir.
Üsyançıların məlumatlarına görə, Beşinci Respublikanın hərbçiləri Nigerin hava məkanını pozublar. Baş verənlərə görə təhlükə səviyyəsinin yüksəldilməsi barədə göstəriş verilib. Nigerdə 1500 fransız əsgərinin olması təsdiqlənib.
Qeyd edək ki, Niger Fransa üçün əsas uran istehsalçısıdır və ölkədəki enerjinin 30%-dən çoxu ondan əldə edilir.
Yeganə