New: “Azercell”in dillerləri “TeliaSonera” şirkətinin rəhbəri cənab Yohan Dennelində müraciət etdilər

🗓 03.02.2015 17:59 ✍️ "Elçi" qəzeti
New: “Azercell”in dillerləri “TeliaSonera” şirkətinin rəhbəri cənab Yohan Dennelində müraciət etdilər

Vahid Mürsəliyev və Georgios Chatzis kimlərin çiynində qərar tutub? 2014-cü ildə Azərbaycan mətbuatında “TeliaSonera” şirkətlər qrupunun və onun ölkəmizdə törəməsi olan “Azercell”in fəaliyyəti barədə xeyli yazılar dərc olundu. Yazılanlardan məlum olurdi ki, Azərbaycanın ən iri mobil rabitə operatoru, İsveç telekommunikasiya nəhəngi “TeliaSonera”nın törəmə şirkəti olan “Azercell”də aparılan yoxlamalar şok korrupsiya və maxinasiya faktlarını üzə çıxarıb. johan1Bu məsələyə keçməzdən öncə onu qeyd edək ki,“TeliaSonera” şirkətin dünyanın mobil rabitə sektorunda ən iri vergi ödəyicilərindən biridir. Ancaq buna baxmayaraq şirkətin adı dünya mətbuatında çox çirkli oyunlarda hallanır. Məsələn, dünya mətbuatı “TeliaSonera” şirkəti ilə Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın birgə korrupsiya əməllərindən yazır. Hətta o da qeyd olunur ki, “TeliaSonera” Özbəkistan bazarına daxil olmaq üçün 2008-ci ildə 3 g sistemini tətbiq etmək üçün 320 milyon dollar rüşvət verib. Bütün bunlardan sonra görək törəmə şirkət olan “Azercell”də nələr baş verir. Əlbəttə, ötən il ölkə mətbuatında “Azercell” şirkəti ilə bağlı yazılan korrupsiya və rüşvət faktlarını yenidən sadalamağa, işdən uzaqlaşdırılan şəxslərinin adını hallandırmağa ehtiyac görmürük. Çünki redaksiyamıza yeni faktlar daxil olub. Məlumdur ki, bir çox maxinasiyalarda adı hallanan Azercell Telekom MMC-nin prezidenti vəzifəsini icra edən Kiril Qaburiç vəzifəsi ilə vidalaşdı. Və onun vəzifəsi müvəqqəti olaraq Azercell Telekom-un Hüquq Departamentinin rəhbəri Vahid Mürsəliyevə tapşırıldı. Sərhəd.info-nun redaksiyasına daxil olan yeni məlumat da məhz Vahid Mürsəliyevin fəaliyyəti ilə bağlıdır. Belə ki, Vahid Mürsəliyev yeni vəzifəyə təyin olunandan sonra Azecell şirkəti tərəfindən belə demək mümkündürsə, talehin ixtiyarına buraxılmış Azercelin 5 alt distributeri, 6 xidmət təminatçısı və 400 diller mağazası mətbuat vasitəsi ilə TeliaSonera şirkətinə müraciət etmək məcburiyyətində qalıblar. Müraciət də deyilir: “Biz 20 ilə yaxındır Azercell şirkəti ilə əməkdaşlıq edirik. Ancaq buna baxmayaraq bir neçə gün öncə Azercelin yeni baş direktoru Vahid Mürsəliyev bizimlə görüşərək bildirdi ki, son vaxtlar şirkətin qazancı aşağı düşdüyü üçün alt distribüterlərə və dillerlərə verdiyimiz maddi və reklam dəstəyinin 90 faizini azaltmaq məcburiyətində qalmışıq. Düzdür biz yeni baş direktorun dedikləri ilə razılaşmadıq. Hətta sonradan məlum oldu ki, bizə deyilənlər Azercell-in üst distributerlərinə heç bir aidiyyatı yoxdur. Yəni şirkətin az qazancı yalnız bizlərə aiddir. Üst distributerlər olan Axundof , İnteqral və ABC şirkətləri yenə də köhnə qayda ilə qaz vurub qazan doldururlar. Hətta yeni baş direktor bizimlə sonuncu görüşündə açıq-aşkar bildirdi ki, ABC şirkətinin sahibi Elnur Məmmədov onun yaxın dostudur. Olsun, lap yaxşı. Bizim problemimiz direktorun kiminlə dost olması deyil, daha ciddi problemdir. kirill_gaburich_221113Yəni bu gün Azercell şirkəti danışıq kartları və nömrələrin satışını üç monopolist şirkətin arasında bölüb. Bunlar üst distribüter olan Axundof, ABC və İnteqral şirkətləridi. Yəni bu üç şirkət alt distribüterlərdən, xidmət təminatçılarından və diller mağazalarından aldıqları miliyonlarla pula Azercelin nömrə və danışıq kartlarını satırlar. Bir sözlə, Azercell şirkəti ilə bizim aramızda vasitəçilik edib, monopolist rolunu oynayaraq miliyonlarla pul qazanırlar. Mexanizm belədir: Azercell şirkəti nömrələri bu üç şirkətə satır. Azercell şirkətində 10 min ədəd nömrənin maya dəyəri 41 min manat təşkil edir. Ancaq monopolist olan bu 3 şirkət həmin nömrələri alt distribüterlərə və yaxud da dillerlərə 200 min manata satırlar. Biz həm də bu gün 050 seriya ilə satışda olan nömrələri də təqdim edə bilərik. 400 00 00-dan 400 99 99- can olan 10 min ədəd nömrənin monopolist şirkəti tərəfindən satılan qiyməti 200 min manatdır. Yəni bu şirkətlər heç nə etmədən hər nömrə seriyasından 160 min manat qazanc əldə edirlər. Biz hətta iki ay öncə monopolist adlanan bu üç şirkət üçün, keçmiş direktor Kiril Qaburiç tərəfindən keçirilən korrupsiya kompaniyası nəticəsində satışa çıxarılan nömrələrin siyahısın təqdim edə bilərik. Qeyd edək ki, bu seriyalar uzun illərdir şirkət tərəfindən satışa çıxarılmırdı. Ancaq bu gün fakt olaraq satışda olan digər seriyaları da təqdim edə bilərik. 500 00 00-dan 500 99 99- can və beləcə davam edir: 600 00 00 , 700 00 00, 800 00 00 , 900 00 00. Bu şirkətlər heç nədən qısa müddətdə bu kompaniyadan 1 milyon miqdarda pul qazanıblar. Bundan başqa Azercell şirkəti hər ay 25 miliyon manat dəyərində danışıq kartlarını satışa çıxarır. Həmin kartların 2 faizi üst distribüter (monopolist) olan şirkətlərin qazancıdır. Əlbəttə ki, həmin qazanc da alt distribüterlərə və dillerlərə verilən kartlardan əldə olunur. Apardığımız hesablamalara görə bu qazanc ayda 500 min manat edir. Bu qazancı iqtisadi qanunla və üç (monopolist) şirkətin hansı zəhmətinə görə izah etmək olar? Ən sonda isə tək nömrələr də satışa çıxarılır. Qiyməti 70 – 80 və 100 min manat dəyərində satılan nömrələr. 050 seriya ilə, 400 00 00, 444 44 44, 500 00 00, 555 55 55, 600 00 00, 666 66 66, 700 00 00, 777 77 77, 800 00 00, 888 88 88, 900 00 00, 999 99 99 . Üst distrbüterlər bu müftə qazancdan nələr əldə etməyiblər? Axundof şirkəti, Azercell şirkətinin kartlarını və nömrələrini çap edən böyük tipoqrafiyaya ( mətbəə ), ABC şirkəti Kontakt Home dükanlar şəbəkəsinə və İnteqral şirkəti isə İnteqral telefon mağazalar şəbəkəsi, Kafe Siti və şirniyat mağazalar şəbəkəsinə sahib olub. Vahid-Murseliyev“Azercell” şirkətinin alt distribüterlərinin, dillerlərinin müraciəti sonda “TeliaSonera” şirkətlər qrupunun rəhbəri cənab Yohan Dennelində ünvanlanır: “Cənab Yohan! Bu müraciəti Sizə unvanlanmaqda məqsədimiz odur ki, “Azercell” şirkətinin üst distribüterlərinin əməlləri uzun illərdi ki, sağlam rəqabət mühitinə imkan vermir, monopoliya yaradır ki, bu da sonda şirkəti iflic edir. Hazırki krizis dövründə bu, şirkət üçün çox təhlükəlidir və sonda şirkəti və dillerləri məhvə aparır. Sizdən xahiş edirik ki, bütün bunları nəzərə alaraq “Azercell” şirkətinin normal fəaliyyət göstərməsi üçün lazımi tədbirlər görəsiniz”. Redaksiyadan: Çox maraqlıdır ki, görəsən Azercell şirkəti və onun yeni direktoru Vahid Mürsəliyev bu üç (monopolist) şirkətin iştirakı olmadan öz işini birbaşa dillerlərlə niyə qurmaq istəmir? Ortada hansı ciddi səbəb var? Son söz: Axundof şirkətinin baş direktoru ( Telman Axundov ), ABC şirkətinin direktoru ( Elnur Məmmədov ), İnteqral şirkətinin direktoru (Oqtay Qurbanov) Azerccel-in yeni direktoru Vahid Mürsəliyevə və Azercell-in satış və marketinq departamentinin müdiri Georgios Chatzisə anladıblar ki, siz ancaq bizim çiyinlərimizdə vəzifədə qala bilərsiniz, əks təqdirdə sizi …. Bu və digər məsələlərlə bağlı növbəti yazıda… Qeyd olunanlarla bağlı məqalədə adları çəkilən şəxslərin mövqelərini dərc etməyə hazırıq. * The dealers of “Azercell” have addressed to Mr. Johan Dennelind, the head of company “TeliaSonera” İn 2014, many articles about group of companies “TeliaSonera” and activities of its subsidiary in Azerbaijan -“Azercell” have been published in local media. On whose shoulders are Vahid Mursalov and George Hatzis standing? It is clear from the articles that inspections conducted in “Azercell”, the leading mobile operator of Azerbaijan, the subsidiary of giant Swedish telecommunication “TeliaSonera” have revealed shocking corruption and machination facts. Before discussing this issue, it should be noted that “TeliaSonera” is one of the largest taxpayers in worldwide mobile communication industry. Nevertheless, the name of the company is mentioned in several dirty games in world press. For example, world press writes about Gulnara Karimova’s, a daughter of Uzbekistan president Islam Karimov, joint corruption activities with “TeliaSonera” . In fact, it is also mentioned that in 2008,“TeliaSonera” has paid $320 million dollars as bribes in order to enter Uzbekistan market for implementing 3g system. After all these, let’s see what is happening in subsidary company, “Azercell”… Of course, no need to re-enumerate the facts of corruption and bribes written in countries media related to“Azercell” last year, and to call the names of people fired from work. Because our editorial office has recevied new facts. It is known that the acting prezident of Azercell Telecom LLC, Chiril Gaburici has left his job due to fact that his name had been mentioned in many machination cases. Vahid Mursaliyev, Head of Legal Department at Azercell, has been appointed Acting CEO of Azercell. And the information received by our editorial office is just about Vahid Mursaliyev’s activities. Thus, after appointment of Vahid Mursaliyev to his new position 5 sub-distributors, 6 service providers and 400 dealers shops left for fortune, if we could call so, had to apply to “TeliaSonera” through the press. According to application it says: ”We have been working with “Azercell” company for 20 years. However, despite this few days ago , newly appointed CEO of Azercell, Vahid Mursaliyev had meeting with us and said that they had to reduce 90% of material and advertisement support to sub-distributors and dealers due to decrease of company’s income last days. It is true to say that we did not agree with what new CEO said. Even after it became clear that what he said to us did not concern top distributors, which means that decrease of income concerns only us. Top distributors: Axundof, İnteqral and ABC company will do their earnings according to the previous rules; pump with earnings. Even during in the last meeting the new CEO clearly said to us that the owner of ABC company, Elnur Mammadov was his best friend . Well, let it be so. Our problem is not that who director’s friend is, but it is a more serious problem. So today Azercell has devided the sale of calling cards and mobile phone numbers among those three top distributors, monopolistic companies. These are top distributors: Akhundoff, ABC and Inteqral companies. So these three companies sell Azercell numbers and calling cards for millions of money earned from sub-distributors, service-providers and dealers’ shops. In short, they have mediated between us and Azercell and are playing the role of monopolist earn milyons of money. Mechanizm is as follows: Azercell sells mobile phone numbers to these three companies. The cost of 10000 (ten thousand) numbers is 41000(forty one thousand)manats in Azercell. But these three monopolist companies sell the numbers to sub-distributors or dealers for 200 000(two hundred thousand) manats. Today we can also present all available numbers with series 050. Sales price of 10000 mobile phone numbers i.e from 400 00 00 to 400 99 99 set by monopolists is 200 000(two hundred thousand) manats. So these companies earn doing nothing but just from sales of each number series at amount of 160000(hundred and sixty thousand) manats. We can even provide the list of numbers put up for sale for these 3 monopolist companies as a result of corruption campaign conducted by the former director of Azercell, Chiril Gaburici two months ago. It should be noted that these numbers were not available for sale by company for long time. But we can also present other series available for sale as fact: 500 00 00- 500 99 99, it is continiued the same way : 600 00 00 , 700 00 00, 800 00 00 , 900 00 00. These companies earned about 1 milyon just from that campaign. Besides, Azercell puts up calling cards for sale at amount of 25 milyon each month. 2 percent of those cards is an income of top distributors(monopolists). Of course, this income is formed with the cards sold to sub-distributors and dealers. According to our calculations the income is about 500000(five hundred thousand) manats per month. How can this profit be explained on a basis of econimic law and on a basis which work of those three (monopolist)companies? At the end unique numbers are also put up for sale at a price of 70-80 or 100 000 manats. With 050 series, 400 00 00, 444 44 44, 500 00 00, 555 55 55, 600 00 00, 666 66 66, 700 00 00, 777 77 77, 800 00 00, 888 88 88, 900 00 00, 999 99 99. These top distributors managed to do so many things for the profit! The Akhundof company managed to own a huge typography to print Azercell cards and numbers. ABC company owns Contact Home network of shops, Inteqral Company owns Inteqral Phone network of shops, Café City and sweets shop network. Finally, sub –distributors and dealers of Azercell address to Mr. Johan Dennelind, the head of company TeliaSonera as followings: “Dear Mr. Johan! The goal to appeal is that the top distributors’ activity for years do not allow for a healthy competitive environment, creates a monopoly which will end in company’s bankruptcy. This is very dangerious during current crisis and will lead the company and the dealers to destruction. Taking into consideration all these we hereby ask you to take necessary measures for the normal functioning of “Azercell”. Editor: It is very intersting to know why Azercell and its new CEO, Vahid Mursaliyev does not want to work directly with dealers, without these 3 (monopilist) companies. What is the serius reason of it? Last word: CEO of Akhundof ( Telman Axundov ), CEO of ABC company ( Elnur Məmmədov ), CEO of İnteqral company ( Oqtay Qurbanov ) explained to new CEO, Vahid Mursaliyev and director of Sales and marketing, George Hatzis of Azercell that they could only keep their posts through their shoulders, otherwise they would be….. More on this and other issues will be in next articles. Sərhəd.info Без имени-1

Bənzər yazılar