Hizbullah vasitəsilə Livanı təhdid edən İsrail Baş naziri Binyamin Netanyahu, “Hizbullah hərtərəfli müharibəyə başlamaq qərarına gəlsə, Beyrut və Cənubi Livanı öz əlləri ilə Qəzzaya və Xan Yunisə çevirəcək”- deyib.
Elchi.az xəbər verir ki ,İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantla birlikdə İsrailin şimalındakı əsgərləri ziyarət edərkəm açıqlama verib.
Səfər zamanı verdiyi açıqlamada Netanyahu Livanı hədələyib. “Əgər Hizbullah hərtərəfli müharibəyə başlamaq qərarına gəlsə, o zaman öz əlləri ilə Beyrutu və buradan çox da uzaq olmayan Livanın cənubunu Qəzzaya və Xan Yunisə çevirəcək”, – Netanyahu bildirib.
Netanyahu bu açıqlamanı İsrailin Livanla sərhədində yerləşən Mattatda bir mülki israillinin Livandan atılan tank əleyhinə raket nəticəsində ölməsindən sonra verib.
Nuranə Məmmədova