İsrailin baş naziri Benyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandırmaq qərarına gəlib.
Elchi.az-ın məlumatına görə, bu barədə İsrailin yerli mətbuatı xəbər verir.
Onun qərarını hökumət koalisiyasının rəhbərinə fraksiya liderləri ilə görüşdən sonra açıqladığı dəqiqləşdirilir.
KAN teleradio şirkətinin məlumatına görə, islahatın əsas ideoloqu, ədliyyə naziri Yariv Levin etiraf edib ki, başqa seçim yoxdur, sadəcə olaraq, milli təhlükəsizlik naziri İtamar Ben-Qviri buna inandırmaq qalır.
Xatırladaq ki, İsraildə artıq üçüncü aydır ki, minlərlə insan məhkəmə islahatına etiraz edir.
Yeganə