İsrail Qəzza zolağında radikal islamçı Həmas qruplaşması ilə münaqişədə mütləq qələbəyə doğru gedir. Elchi.az “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Biz tam qələbə yolundayıq. Bu qələbəyə gedən yolda artıq HƏMAS-da dördüncü şəxsi öldürdük və biz qələbəyə çatacağıq”, – deyə siyasətçi bildirib.
Qeyd edək ki, bundan əvvəl Netanyahu Fələstin dövlətinin yaradılması ehtimalını istisna etmiş və onun fikrinin israillilərin əksəriyyəti tərəfindən dəstəkləndiyini vurğulamışdı. Qeyd edək ki, Təl-Əvivin İordan çayının qərbindəki bütün Fələstin torpaqları üzərində nəzarəti ələ keçirməli olduğunu bildirdi.
Havar Şəfiyeva