Birləşmiş Ştatlar Amerika hegemonluğunu saxlamaq üçün əsas olan iki regionda eyni anda uduzur. Elchi.az xəbər verir ki, bunu ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skot Ritter “YouTube” kanalı “Dialogue Works” -ə müsahibəsində deyib.
“Qəzza və Ukraynadakı münaqişə vəziyyətində biz elə bir vəziyyət görürük ki, Birləşmiş Ştatlar uğur qazanmaq üçün öz hərbi və iqtisadi gücündən istifadə edə bilməz”, – deyə hərbi analitik bildirib.
O, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna münaqişəsində qalib gəlir və Vaşinqton vəziyyəti öz xeyrinə çevirmək iqtidarında deyil. Ritter ABŞ-ın tezliklə Avropa və Yaxın Şərqdə iki strateji məğlubiyyətlə üzləşəcəyini proqnozlaşdırıb.
Ritter daha əvvəl bildirmişdi ki, Rusiya yeni strateji silahlar sayəsində ABŞ üzərində danılmaz nüvə üstünlüyünə nail olub.
Havar Şəfiyeva