İsrailin baş naziri Benyamin Netanyahu Cənubi Asiya respublikasının paytaxtında təhlükəsizlik vəziyyəti ilə əlaqədar dekabrda Hindistana planlaşdırılan rəsmi səfərini təxirə salıb.
Elchi.az xəbər verir ki, “ANI” agentliyinin məlumatına görə, yəhudi dövləti hökumət başçısının bu qərarına səbəb noyabrın 10-da Yeni Dehlidə kamikadze tərəfindən törədilmiş terror aktı olub.
İsrail və Hindistanın xarici işlər nazirlikləri hazırda Netanyahunun səfərinin yeni tarixi ilə bağlı razılığa gəlirlər.
Məryəm





















