İsrailin baş naziri Benyamin Netanyahu, HƏMAS-ın Qəzzaya hücumlarından sonra Fələstin Muxtariyyətinin Qəzzaya hakim olmasına qarşı olduğunu açıqlayıb.
Elchi.az xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu gündəmi təyin edəcək daha bir açıqlama verib.
Netanyahu müdafiə naziri Yoav Gallant ilə birgə mətbuat konfransında danışıb.
İsrailin baş naziri oktyabrın 7-dən bu yana tam mühasirədə olan Qəzza zolağına davam edən hücumları ilə bağlı verdiyi açıqlamada “ Həması məğlub edib əsirlərimizi geri qaytaracağıq. Missiya tamamlanana qədər dayanmayacağıq”-deyib.
İsrail ordusunun HƏMAS-ın hücumlarının qarşısını almaq üçün “lazım olduğu qədər Qəzzada qalacağını” qeyd edən Netanyahu, “Qəzza zolağı üzərində təhlükəsizlik nəzarətindən imtina etməyə razı olmayacağam”- deyib.
Netanyahu: “İsrail ordusu Qəzza şəhərinin mühasirəsini başa çatdırıb. İndi onlar şəhərin mərkəzində fəaliyyət göstərirlər.”
Ərəb ölkələrinin liderlərinə müraciət edən Netanyahu onları “HƏMAS-a qarşı ayağa qalxmağa” çağıraraq, “Həmas İranın rəhbərlik etdiyi terror oxunun tərkib hissəsidir, bütün ərəb dünyası risk altındadır”. “İnanıram ki, bir çox ərəb ölkələrinin liderləri bunu başa düşürlər”-qiymətləndirməsini edib.
Nuranə Məmmədova