“İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtonla Tehran arasında əldə olunan istənilən razılaşmanı qəbul etməkdən başqa yolu yoxdur”.
Elchi.az xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp söyləyib.
“Onun seçimi olmayacaq. Qərarları mən verirəm. Bütün qərarları mən verirəm. Netanyahu qərarları vermir”, – deyə Tramp “Financial Times” (FT) qəzetinə müsahibəsində deyib.
Amerika lideri qeyd edib ki, İranın zərbələri Vaşinqton və Tehran arasında razılaşmanın bağlanmasına təsir göstərməyəcək. FT ilə söhbət zamanı Tramp həmçinin ABŞ-ın İrana xüsusi təyinatlıların reydini nəzərdən keçirəcəyini istisna etməyib.
“Bu, içəri girib hərbi cəhətdən edə bilmədiklərimizi həll edə biləcəyimiz anlamına gələ bilər. Ya da sadəcə olaraq İranın blokadasını davam etdirəcəyimiz anlamına gələ bilər, çünki blokada çox güman ki, bu ölkəyə edilən hər hansı hücumdan daha güclü olub”,- deyə o, vurğulayıb.
Yeganə





















