Nepalın şərqində güclü yağışlar nəticəsində 1 nəfər ölüb, 25 nəfər itkin düşüb.
Nepalın şərqində ötən həftə başlayan güclü yağışlar sel və torpaq sürüşməsinə səbəb olub.
Elchi.az xəbər verir ki, Hökumət rəsmisi Bimal Paudel bu gün verdiyi açıqlamada ölkənin şərqində yağan leysan yağışlar Nepalın şərqindəki Sankhuvasabha bölgəsində Heva çayı üzərində tikilməkdə olan su elektrik stansiyasını dağıdıb və çayda 16 işçi itkin düşüb.
Axtarış zamanı polis itkin düşən işçilərdən birinin cansız cəsədini tapıb.
Ölkənin şərqindəki Taplejung bölgəsindəki “Panchthar” bələdiyyəsində sel və torpaq sürüşmələri nəticəsində 9 nəfərin itkin düşdüyü bildirilir. Taplejung bölgəsindəki “Sidingba” kəndində ən azı 20 evi su basması riskinə qarşı lazımi tədbirlərin görüldüyü açıqlanıb.
Nuranə Məmmədova