Dünya bazarlarında neft ucuzlaşmaqda davam edib.
Elchi.az xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçerslərinin qiyməti 0,36 dollar və ya 0,41% azalaraq 87,48 ABŞ dollarına düşüb.
ABŞ-nin WTI markalı neftinin oktyabr fyuçersləri isə 0,37 dollar və ya 0,45% ucuzlaşaraq 81,86 dollar təşkil edib.
Qeyd edək ki, neftin ucuzlaşması Hörmüz boğazının yenidən açılması ilə bağlı gözləntilərin güclənməsi, İran və Oman arasında aparılan danışıqlar, həmçinin Qətərin vasitəçilik səyləri fonunda tədarük risklərinin azalacağına dair ümidlərlə əlaqələndirilir.
Rəqəmsal qızıla potensial tələb 700 mlrd. dollara çata bilər
Fiziki investisiya qızılının qlobal bazarının həcmi təxminən 13 trilyon dollar olsa da, rəqəmsal qızılın payı bu bazarın 1%-dən azdır. Bununla...





















